Poliginiya

Poliginiya (q.yun. πολύ- çox , γυνή arvad) — bir kişinin bir neçə arvadla eyni vaxtda nikahda olmasıdır. Poliqamiyanın bir formasıdır. Nikahın bu forması həmişə mövcud olub və hazırda da, müxtəlif cəmiyyətlərdə mövcud olmaqdadır.

Əhdi-ətiqə görə, yəhudixristian patriarxlarının böyük əksəriyyəti çoxarvadlı olublar. Tarixdə bu adi bir hal kimi qəbul olunur. Hətta belə nikaha Tanrı tərəfindən icazə də verilməsi söylənilir. Məsələn, İbrahimin Tövrata görə üç arvadı olub, - Sara, Həcər və Hettura (Yaradılış, 25:1-6). Bundan başqa, onun çoxlu kənizləri də olub. Peyğəmbər Davudun iyirmiyə yaxın arvadı və çoxlu kənizləri olub.SüleymanPeyğəmbərin isə 700 arvadı 300 kənizi olub (3 Padşahlar, 11:3).

Bütün bunlar ondan xəbər verir ki, poliqamiya yəhudilər arasında normal hal hesab olunub. Ancaq X yüzillikdə Almaniyada yaşayan yəhudi ruhanisi (ravvini) Qerşom Xristianlığın təsiri altında, açıq surətdə poliqamiyaya qadağa qoymuşdur. Bu qadağa yəhudi cəmiyyətində birmənalı qarşılanmadı. Onların çoxu (əsasən, İslam ölkələrində yaşayan yəhudilər) Qerşomun qadağasını qəbul etmədilər. 1948-ci ildə İsrail hökuməti qurulduqdan sonra, ərəb dünyasından (əsasən Yəməndən) vətəninə qaytarılmış yəhudilər bir neçə arvadla gəlmişdilər. Hökumət olanların nikahlarını qüvvədə saxladı. Ancaq yeni, poliqam nikahlara qadağa qoydu [1].

Daha dolaşıq vəziyyət Xristianlıqda olmuşdur. İsanın ilk davamçıları yəhudi qanunları ilə yaşayırdılar və poliqamiya halları onlarda olmuşdur. Ancaq Xristianlığın Roma imperiyasında yayılmasından sonra, nikah qaydaları əhəmiyyətli dəyişikliyə məruz qaldı. Səbəb isə Roma cəmiyyətinin ənənələri ilə İsaya inancın qarışması oldu. Bundan sonra, Xristianlıq təkcə poliginiyaya yox, ümumilikdə, nikah anlamına birmənalı münasibətdə olmadı.

Buna baxmayaraq, Xristian Avropasında da poluginiyaya rast gəlinirdi. Məsələn Roma imperatoru I Valentinianın iki arvadı var idi.[2]

İslama gəldikdə isə, burada da poligimik nikahlar erkən çağlardan olmuşdur, ancaq başqa dillərdən fərqli olaraq, sonrakı dövrlərdə qadağan edilməmişdir. İslamda eyni zamanda dörd arvadla nikahda olmağa icazə verilir (Quran, ən-Nisə, 3). Bundan başqa kişilər eyni zamanda kənizlərlə (cariyələrlə) də yaşaya bilərlər. İslamın şiə qolunda müvəqqəti mutə nikahı da vardır ki, bunu da bir kişi bir neçə arvadla edə bilər.

Aydın Əlizadə. Çoxarvadlılığın tarixi // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.

  1. Teluşkin Y. Yəhudi dünyası. Qüds, 3 hissə, 1997.
  2. Matilda Joslyn Gage. Women, Church and State Arxivləşdirilib 2013-12-23 at the Wayback Machine.