Bu səhifədə iş davam etməkdədir. |
Polis Akademiyası — Türkiyənin Ankara şəhərində dövlət universiteti. Universitet polis məmurlarının hazırlanmasına həsr olunmuş dövlət ali təhsil müəssisəsidir.
Polis Akademiyası | |
---|---|
Polis Akademisi[1] | |
Əsası qoyulub | 1937[2] |
Ölkə | |
Sayt | pa.edu.tr |
1937-ci ildə Polis Akademiyası Polis İnstitutu adı ilə yaradılanda onun məqsədi polis əməkdaşlarına bir illik ixtisasartırma kursu keçmək idi. 1940-cı ildən iki illik kollec, 1962-ci ildən sonra isə 3 illik ümumi kollec oldu. 1984-cü ildən bakalavr təhsili verən məktəbin adı dəyişdirilərək Polis Akademiyası oldu.
1991-ci ildə Polis Akademiyasının tərkibində fakultələr və Peşə məktəbləri (FYO )adlı struktur yaradıldı və tələbələr FYO-ya rəsmən qəbul olunmağa başladılar.
2001-ci ildə aparılan yeni restrukturizasiyadan sonra Polis Akademiyasının 4 illik bakalavr təhsili funksiyası Təhlükəsizlik Elmləri Fakültəsinə verildi. Akademiya özünün Təhlükəsizlik Elmləri İnstitutu, Təhlükəsizlik Elmləri fakültəsi, müxtəlif vilayətlərdə 24 Polis Peşə Məktəbi, fakültə və kollec şöbələri ilə universitet statusu qazanmışdır.
Doktorantura təhsili 2006-cı ildə başlamışdır. Baş Mühafizə İdarəsinin nəzdində fəaliyyət göstərən akademiyanın əsas məqsədi ictimai təhlükəsizliyi təmin etmək üçün ixtisaslı polislər hazırlamaq, təhlükəsizlik və məhkəmə ekspertizası sahələrində yüksək təhsil səviyyəsinə malik olan kadrların hazırlanmasıdır.
2015-ci ildə Təhlükəsizlik Elmləri fakültəsi bağlanaraq Polis məmurlarının tədris mərkəzinə çevrildi.
Polis Akademiyası Müdirliyinin nəzdində Polis Akademiyasının alt bölmələri təşkil olunur.
Polis Akademiyasının Rəyasət Heyətinə tabe olan akademik bölmələr bunlardır:
Magistr proqramları:
Doktorantura təhsili:
Türkiyənin müxtəlif vilayətlərində 6 Polis Kolleci Polis İdarəsinə lazım olan polisləri yetişdirmək üçün fəaliyyət göstərir.[3]
Araşdırma mərkəzlərinə 7 şöbə daxildir:
PAEM-ə tələbə qəbulu iki yolla həyata keçirilir: peşəkar və mülki.
Polis Kollecləri 2001-ci ildə polis məktəblərinin çevrilməsi ilə yaradılan Polis Akademiyasına tabe olan, tələbə əhalisi orta məktəb və ona bərabər tutulan məktəb məzunlarından ibarət olan və 2 illik kollec təhsili verən təhsil müəssisəsidir.
Polis Kolleclərini bitirən tələbələr polis zabiti rütbəsi ilə Polis İdarəsində müxtəlif vəzifələrə təyin olunurlar.
Türkiyənin müxtəlif yerlərində 9 Polis kolleci var.[3]
Bu, Polis Akademiyasına bağlı bir təhsil müəssisəsidir, onun tələbə əhalisi bakalavr məzunlarından ibarətdir və kurs şəklində təxminən 8 ay təlim keçirilir.
Polis Peşə Tədris mərkəzini bitirən tələbələr polis zabiti rütbəsi ilə polisə namizəd kimi Polis İdarəsində müxtəlif vəzifələrə təyin olunurlar.
Kriminalistika, Dəqiq elmlər, İnformasiya texnologiyaları və mühəndislik sahələrində akademik təhsil verməklə tədqiqat aparmaq və ekspertlər hazırlamaq üçün yaradılmış təhsil müəssisəsidir.
İnstitut akademiyanın adından müəllimlərin və ekspert kadrların hazırlanmasına cavabdehdir. Bundan əlavə, polis sahəsində magistr dərəcəsi verilir.[4][5]
Kriminalistika İnstitutu Nazirlər Şurasının 05 mart 2012-ci il tarixli qərarı ilə yaradılmışdır.[4]
Cinayət ədaləti, Cinayət Axtarışı, Beynəlxalq Təhlükəsizlik və Təhlükəsizlik Strategiyaları və İdarəetmə sahələrində akademik təhsil verməklə tədqiqat aparmaq və ekspertlər hazırlamaq məqsədi ilə yaradılmış təhsil müəssisəsidir.
İnstitut akademiyanın adından müəllimlərin və ekspert kadrların hazırlanmasına cavabdehdir. Bundan əlavə, polis işi üzrə magistr dərəcəsi verilir.
Təhlükəsizlik Elmləri İnstitutu 2001-ci ildə aspiranturadan sonrakı təhsili təmin etmək üçün yaradılmışdır.[6] 2017-ci ildən etibarən 7 magistr və 2 doktorantura dərəcəsi təklif edir.[7][8]
Yol Elmləri İnstitutu Nazirlər Şurasının 28 aprel 2023-cü il tarixli qərarına əsasən yaradılıb.[9][10] Bu, yol hərəkəti sahələrində araşdırma aparmaq və akademik təhsil verməklə ekspertlər hazırlamaq məqsədi ilə qurulmuş bir təhsil müəssisəsidir. İnstitut Akademiyanın adından yol hərəkəti xidmətləri üzrə ekspert kadrların hazırlanmasına cavabdehdir. Bundan əlavə, Nəqliyyatın təhlükəsizliyi və idarə edilməsi üzrə magistr dərəcəsi verilir.[11]