Polis Muzeyi (Ankara)

Polis Muzeyi — Türkiyənin Ankara şəhərində muzey. Ankaranın Çankaya ilçəsində 9 aprel 2021-ci ildə Ümumi Təhlükəsizlik Müdirliyinin Sosial Xidmətlər və Sağlamlıq şöbəsinin tərkibində özəl muzey olaraq yaradılmışdır.[1]

Polis Muzeyi
Polis Müzesi
Müzeyin girişi
Müzeyin girişi
Açılış tarixi 2021-ci il
Ölkə Türkiyə
Yerləşir Ankara
polismuzesi.com

ilk Polis Muzeyinin açılışı 1911-ci ildə, Osmanlı dövründə, Dersaadet (İstanbul) Polis məktəbinin tərkibində planlaşdırılmışdır.[2] Lakin müharibə şəraiti ilə əlaqədar iş dayandırılmışdır. Sənədlər və qeydlər araşdırıldıqda 1917-ci ildə toplanan paltar və avadanlıqlar İstanbul Baş Müdirlük idarəsində sərgiləndiyi bilindi.

9 aprel 2021-ci ildə Təhlükəsizlik, Sosial Xidmətlər və Səhiyyə Baş İdarəsi nəzdində ilk dəfə özəl muzey statusu ilə Türkiyədə Polis Muzeyi açıldı.[3]

Muzeydə Polis təşkilatının Osmanlı İmperatorluğundan günümüzə qədər keçdiyi mərhələlər, polisin ölkənin daxili təhlükəsizliyini təmin edərkən cinayətlə mübarizədə etdiyi üsullar, baş verən hadisələr və istifadə etdikləri avadanlıqlar sərgilənir.

Muzey 6 hissədən ibarətdir. Türk polisinin tarixdəki yerinin izah edildiyi muzeyin A, B və C sərgi sahələrində qədim geyimlər, Osmanlı polisinin uniformaları, Osmanlı polis bölmələrinin maketləri, polis tarixinin xronologiyası, mühüm polis funksiyaları təqdim olunur. Türk ədəbiyyatında xidmət edən zabitlər, onlar haqqında kitablar, ilk barmaq izisilahlar sərgiyə daxildir.

Bundan əlavə, muzeydə 56 tarixi və müasir formalar, silikon manekenlər, aksesuarlar, diorama modelləri, sənədli filmlər, animasiyalar, tarixi və müasir polis motosiklları, polis avtomobilləri və polis helikopterləri nümayiş etdirilir.

Muzeyin D hissəsində cinayətkar və bomba zərərsizləşdirmə sahələri, polis itləriylə tanışlıq, yol hərəkəti qaydalarının öyrədilməsi üçün nəzərdə tutulmuş sahə, polis kitabxanası və sosial sahələr və suvenir satışı bölməsi var.

E bölməsində xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının şəxsi polis ləvazimatları, uniformaları, əşyaları və etiketləri, tarixi sənədlər, tarixi fotoşəkillər və xarici dövlət polis təşkilatlarından hədiyyələr yer alıb.

F bölməsində zirehli polis maşınları açıq sahədə sərgilənir.

Muzey bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 10:00-dan 17:00-a qədər acıqdır.

  1. "Arxivlənmiş surət". 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  2. "Arxivlənmiş surət". 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  3. "Arxivlənmiş surət". 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.