Polis Muzeyi (警察資料館, Keysatsu şiryokan?) – Yaponiyanın Miyaqi prefekturasının Tome şəhərində yerləşən polis muzeyi.
Polis Muzeyi | |
---|---|
Əsası qoyulub | oktyabr 1987 |
Açılış tarixi | oktyabr 1987 |
Ölkə | |
Yerləşir | Tome[d] |
38°39′05″ şm. e. 141°16′52″ ş. u.HGYO | |
toyoma.co.jp/facilities-… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Tome polis məntəqəsinin keçmiş binasında yerləşir. Binanın tikintisinə 1887-ci ildə başlanılmış, 1889-cu ilin aprelində tamamlanmışdır. Memarı Tome liseyini (hazırda Təhsil Muzeyi) tikdirmiş Kisaburo Yamazoe olmuşdur.[1]
1968-ci ildə Tome polis məntəqəsi üçün yeni binanın tikilməsindən sonra bina ticarət palatası tərəfindən istifadə olunmuşdur. 1986-cı ildə ticarət palatasının başqa binaya köçürülməsindən sonra binada restavrasiya işlərinə başlanılmışdır. Restavrasiya işləri zamanı binanın Meyci dövründən qalma təcridxananın bünövrəsi aşkar edilmiş və bərpa olunmuşdur. Yenidənqurma işlərindən sonra 1987-ci ilin oktyabrında Yaponiyanın ilk polis muzeyi kimi açılmışdır.[1]
Muzey binası ağ fasadlı, kirəmit damlı, taxtadan tikilmiş ikimərtəbəli tikilidir. İkinci mərtəbədə eyvan yerləşir. Üçbucaq formasında olan dam oniqavara ornamenti ilə bəzədilmişdir. Damın girişə yaxın hissəsində qızılı rəngli polis gerbi asılıb.[1] Binanın memarlığı Meyci dövrü üçün nadir olduğu üçün 26 avqust 1988-ci ildə Miyaqi prefekturası tərəfindən maddi mədəni mülk elan olunmuşdur.[2]
Muzey binasının yanında yanğın gözətçi qülləsi yerləşir. Qüllə 1926-cı ildə poladdan tikilmişdir və 21 metr hündürlüyündədir. Həmin dövrdə polis məntəqələri yanğınla mübarizədən də məsul idi və yaxınlıqlarında gözətçi qüllələri tikilirdi. Keçmiş Tome polis məntəqəsi Miyaqi prefekturasında yeganə müasir polis məntəqəsi olmuşdur ki, yanğın gözəltçi qülləsi ilə polis məntəqəsi yan-yana tikilmiş olsun.[1] Yanğın gözətçi qülləsi 24 fevral 2015-ci ildə Miyaqi prefekturası tərəfindən maddi mədəni mülk elan olunmuşdur.[2]