Polislər və Robbersonlar (film, 1994)

Polislər və Robbersonlar (ing. Cops & Robbersons) — 1994-cü ildə istehsal olunmuş komediya filmidir.[1][2] Film naməlum büdcə ilə $11,391,093 milyon gəlir əldə etmişdir.[3][4][5] Filmin adı bir çox ölkələrdə müxtəlif adlarla adlandırılmışdır. Film Rusiyada "Faraonlar və Robbersonlar" kimi tanınır.

Polislər və Robbersonlar
ing. Cops & Robbersons
Janr Komediya filmi
Rejissor Maykl Ritçi
Prodüserlər Ronald L. Şveri
Nensi Qrehem Tanen
Ned Tanen
Ssenari müəllifi Lindzey Maher
Baş rollarda Çevi Çeyz
Cek Pelen
Dayan Uist
Robert Devi
Devid Berri Qrey
Bəstəkar Uilyam Ross
İstehsalçılar Channel Productions
TriStar Pictures
Distribütor TriStar Pictures
İlk baxış tarixi 15 aprel 1994
Filmin növü Macəra filmi
Müddət 93 dəqiqə
Gəlir $11,391,093 milyon
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1994
Rəng Rəngli
IMDb ID0109480

Polislər soyuqqanlı qatil Osbornun Robbersonlar ailəsinə məxsus binanın ətrafında yaşadığı öyrənən zaman bu ailənin başçısı Norman Robberson ilə qatili tutmağa çalışırlar. İşin əvvəlində Normanın ailəsinin bundan xəbəri olmur. Amma polis olan Ceyk Stounun köməkçisi Toni Murun yanlışlığı ucbatından bütün ailə bundan xəbər tutur. Bu zaman ailə polislərə kömək etməyə razı olur. Robbersonlar ailəsi qəribə olmaları ilə seçilirlər. Norman Robberson çox sadə insandır. Bu səbəbdən Osbornla asanlıqla tanış olur. Osborn başqa bir iş adamı ilə görüşməlidir. Polislər hər gün Osbornun evinə baxırlar. Norman isə artıq polis olmaq fikrindədir. Günlərin birində gecə vaxtı Osborn iş adamı ilə görüşür və onu öldürmək niyyətindədir. Amma bu zaman çoxlu hadisələr baş verir və bütün ailə Osbornun evinə getməyə məcbur olurlar. Polislər və ailə Osbornun dustağına çevrilirlər. Osborn onları öldürmək istəyir. Zəng zamanı Ceyk Normana onların dustaq olmaları barədə nişan verir. Norman Ceykin söylədiyi fikri başa düşür və ailəni xilas etmək istəyir. Norman qatilin üzərinə pəncərədən atlanmaq istəyir. Bu zaman Norman iki dəfə əzilir. Üçüncü dəfədə isə pəncərəni sındırsa da, düzgün yerə düşmür. Amma ailə qatili zərərləşdirməyi bacarır və Osborn polislərə təhvil verilir. Beləliklə, Polislər və Robbersonlar ailəsi xilas olur. Sonda Ceyk Stoun Normana özünə məxsus polis nişanını verir.

  1. "Reviews/ Film; Chevy Chase, Wishing for Danger". The New York Times. İstifadə tarixi: 2012-06-04.
  2. "Cops And Robbersons". Deseret News. 2012-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  3. "Weekend Box Office : Hey, Chevy, the British Are Coming". Los Angeles Times. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
  4. "Cops And Robbersons". Washington Post. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  5. "Cops And Robbersons". Chicago Sun Times. 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]