Polismeyster, polismeyster (alm. Polizeimeister-dən) — inqilabaqədərku Rusiyada şəhər polisinin müdiri. Polismeyster vəzifəsi (general-polismeyster) 1718-də Sankt-Peterburqda, 1722-də isə Moskvada (polis rəisi) yaradılmışdır. Polismeysterə bütün polis rütbələri və şəhər müəssisələri tabe olurdular. Polismeyster vəzifəsi 1917 Fevral inqilabıyla ləğv edilmişdir.