Polux Poluxov

Polux Məhəmməd oğlu Poluxov (1932, Sadaxlı, Marneuli rayonu2008, Sadaxlı, Kvemo-Kartli) — həkim, Gürcüstan SSR əməkdar həkimi (1984).

Polux Poluxov
Polux Məhəmməd oğlu Poluxov
Doğum tarixi 1932
Doğum yeri
Vəfat tarixi 2008
Vəfat yeri
Dəfn yeri
Uşağı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadaxlı kənd xəstəxanasının divarında xatirə lövhəsi.

Polux Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır.

Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Gürcüstan azərbaycanlıları arasında əməkdar həkim adını alan ilk mütəxəssisdir. 2010-cu ildən Sadaxlı kənd xəstəxanası onun adını daşıyır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Marneuli rayonunun Sadaxlı kəndindəki xəstəxanaya məşhur həkim Polux Poluxovun adı verilmişdir". Azertag.az. İstifadə tarixi: 2023-07-30.