Polye

Polye[redaktə | mənbəni redaktə et]

Polye (serb-xorvat-polije-çöl, becərilən torpaq) aralıqdənizi karst tipində (açıq karstda), karst qıflarının birləşməsi nəticəsində əmələ gələn, hündür, sıldırım yamaclarla haşiyələnmiş,qapalı, geniş yastı çökəkliklərə deyilir. Polyenin sahəsi 300-400 km2 -ə, yamacların hündürlüyü isə bir neçə yüz metrə çatır. Polyenin çöküntülərlə örtülü dib sahəsində ponorlarda yox olan çay və ya ponorlarla qidalanan göl olur. Polyelər Balkan yarımadasında, Kırımda, Qərbi Gürcüstanda geniş yayılmışlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.