Polygonum aequale subsp. oedocarpum

Quş qırxbuğumu (lat. Polygonum aviculare)[2]qırxbuğum cinsinə aid bitki növü.[3]

Quş qırxbuğumu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu)

Botaniki xarakteristikası:[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.

Zəif iyli olub, azacıq büzücüdür.  [4]

Yaşayış sahələrinə yaxın yerlərdə, yol boyunca, çöllərdə, bostan və örüşlərdə yayılır. Talalarda, çəmənlərdə, kiçik yarğanlarda, yolkənarı kanallarda, dəmiryol və şose yollarına yaxın yamaclarda, meşə və meşə-çöllərdə rast gəlinir. Turş torpaqların indikatoru sayılır.  çətin sağalan yaralarda (trofik yara) tətbiq olunur.

Çoxillik yabanı quşdili bitkisi çiçəkləyən dövrdə çiçəkləri və otu toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Çiçəklərini yay ayında toplamaq lazımdır. Yaşayış sahələrinə yaxın, çox çirklənmiş yerlərdən bitkinin toplanılması məsləhət görülmür. Gövdə çiçək və yarpaqları iti oraq və digər kəsici alətlərlə torpaqdan 4-5 sm yuxarı hündürlüyündə toplanılır. Xammal çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə nazik qatla sərilməli və ya 40-500C temperaturda quruducu şkafda qurudulmalıdır.

Qaranlıq, yaxşı havalı yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.[5]

Tərkibi və təsiri:[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində flavonoidlər (0,2-1%), xüsusən də avikulyarin və kverçetin, aşı maddələri (1,8-4,8%), askorbin turşusu (900mq%), fenol, karotinoidlər (39mq%) və 1% silikat turşusu törəmələri vardır.

Diuretik və urolitik dərmandır. Tərkibində silikatlar (1,2% həllolmayan və 0,25% həllolan), aşı maddələri (4% qədər), selik, qatran, flavonoidlər, saponinlər, piy və şəkər vardır. Qədim xalq təbabətinə və elmi təbabətə görə keyfiyyətli qankəsici, diuretik və urolitik dərman olmaqla, sidik konkrimentlərini orqanizmdən kənarlaşdırır.Eyni zamanda büzücü, sidikqovucu, iltihabsorucu və antimikrob xassəsi vardır. Avikulyarin qlükozidi qanın laxtalanma qabiliyyətini artırır, uşaqlıq əzələsini tonuslandırır. Xammalından sidik konkrimentlərini çıxaran vasitə kimi tətbiq olunur. M.N.Zdrenko metodu ilə ödqovucu, hepatoprotektor dərman «Hepavit» adlanır.[6]

Ekstrakt. Qarışıq tərkibli preparat «Fitolizin» adlanır.

Quşdili sidikqovucu, iltihabsorucu, büzücü, möhkəmləndirici, qankəsici və ödqovucu təsir göstərir. İshalla müşayət olunan enterkolitdə təyin edilir. Quşdili xüsusilə böyrək və sidikyolu, nefrit, pielonefrit, sistit xəstəliklərində qastrit, qaraciyər, ödyolu (öddaşı) xəstəliklərində, iltihab etiologiyalı genekoloji xəstəliklərdə, şonsuzluqda, podaqra, vərəm, malyariya, difteriya, raxit və diatez xəstəliklərdə tətbiq edilir. Bir çox qanaxmalarda (mədə-bağırsaq, böyrək, ağciyər və uşaqlıq) və öskürəklə müşayət olunan ağciyər xəstəliklərində tətbiq edilir. [7]

2-3 xörək qaşığı bitkini 2 stəkan qaynanmış soyuq suda qaynayana qədər qızdırmaq lazımdır (sutqalıq doza). Yaz və payızda profilaktik məqsədlə hər gün 2-3 dəfə, hər dəfə 1 fincan qəbul etmək olar. Müalicə kursu bir neçə həftədir. İshal zamanı gündə 3 fincan qəbul etmək məsləhətdir. Bundan başqa revmatizm, podaqra, sidik yolu və böyrək xəstəliklərində, sidik tutulmalarında və babasildə istifadə edilir. Xaricə dəri səpkilərində işlədilir. Bitkinin dəmləməsindən böyrək konkrimentlərinin tökülməsində və iltihabi proseslərdə tətbiq edilir. M.N.Zdrenko miksturası kimi bədxassəli şişlərdə təyin edilir.

Xalq təbabətində maddələr mübadiləsini normallaşdıran bitki kimi böyrək və öddaşı xəstəliklərində tətbiq edilən tərkiblərə daxildir. Bitkidən hazırlanmış təzə sokdan əsasən yanıqların müalicəsində istifadə edilir.  [8]

Əks göstəriş Hamiləlik.

Sinonim[redaktə | mənbəni redaktə et]

  • Avicularia vulgaris Didr.
  • Centinodium axillare Montandon
    • Polygonum aequale subsp. oedocarpum Lindm.
  • Polygonum agreste Sumner
  • Polygonum aphyllum Krock.
  • Polygonum araraticum Kom.
    • Polygonum aviculare var. angustissimum Meisn.
    • Polygonum aviculare var. aviculare aviculare
    • Polygonum aviculare subsp. aviculare aviculare
    • Polygonum aviculare var. eximium Asch. & Graebn.
    • Polygonum aviculare var. heterophyllum (Lindm.) Munshi & Javeid
    • Polygonum aviculare subsp. heterophyllum Asch. & Graebn.
    • Polygonum aviculare subsp. monspeliense (Thiéb.-Bern. ex Pers.) Arcang.
    • Polygonum aviculare var. neglectum (Besser) Rchb.
    • Polygonum aviculare subsp. neglectum (Besser) Arcang.
    • Polygonum aviculare subsp. rectum Chrtek
    • Polygonum aviculare var. vegetum Ledeb.
  • Polygonum berteroi Phil.
  • Polygonum ganderbalense Munshi & Javeid
  • Polygonum heterophyllum Lindm. [Illegitimate]
    • Polygonum heterophyllum var. angustissimum (Meisn.) Lindm.
    • Polygonum heterophyllum var. caespitosum Lindm.
    • Polygonum heterophyllum var. eximium Lindm.
    • Polygonum heterophyllum var. rubescens (Small) R.J.Davis
  • Polygonum heterophyllum f. rubescens (Small) Brenckle
  • Polygonum monspeliense Thiéb.-Bern. ex Pers.
  • Polygonum neglectum Besser
  • Polygonum procumbens Gilib. [Invalid]
  • Polygonum retinerve Vorosch.
  • Polygonum rubescens Small
  • Polygonum scythicum Klokov
  • Polygonum striatum K. Koch
  • Polygonum uruguense H. Gross

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 362.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333