Adi şirinkök (lat. Polypodium vulgare) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinin şirinkök cinsinə aid bitki növü.
Adi şirinkök | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi şirinkök |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır.
BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk. oval.
Qayalıq yerlərdə, daşlar arasında, meşələrdə, daş binalarda və sökülmüş yerlərdə, bəzən gövdə və kötüklərdə rast gəlinir. Meşəli rayonlarda üstünlük təşkil edir.
Kökümsovunun tərkibində aşı və alma turşusu qlisirizin, santozin vardır. Tibbdə istifadə olunur. Dekorativ bitkidir.