Pont quş südü (lat. Ornithogalum ponticum) — quşqonmazkimilər fəsiləsinin quşsüdü cinsinə aid biki növü.
Pont quş südü | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
| ||||||
Cins: | Quşsüdü | |||||
Cins: | Quşsüdü | |||||
Cins: | Quşsüdü | |||||
Cins: | Quşsüdü | |||||
Cins: | Quşsüdü | |||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür.[2]
Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdəsi düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır [3][2][4].
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Orta dağ qurşağına kimi meşəkənarı, kolluqlararası, bağlar, əkinlər və otlu yamaclarda, paxlalı-taxıllı, müxtəlifotlu senozlarda komponent kimi iştrak edir. Dekorativ, qida və dərman bitkisidir [3][2][4][5].
Qobustan (Mərəzə qəsəbəsi); Böyük Qafqazın şərq hissəsi (Şamaxı rayonu, Damlamaca kəndi, Nağaraxana kəndi Pirqulu qəsəbəsi ətrafları), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonun Badamlı və Ayrınc, Culfa rayonunun Ləkətağ və Teyvaz kəndləri ətrafında). [3][2][4][6][7][8]
Fraqmentləşmiş sahələrin və təbii ehtiyatların azalması müşahidə olunur. [3][2][7][8]
Antropogen amillər dekorativ bitki kimi yığılması, otların biçilməsi, həmçinin mal –qara tərəfindən tapdalanması.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması.