Pontekorvo knyazlığı


Pontekorvo knyazlığı — 1805-ci ildə Napoleon Bonapart tərəfindən öz generalı Jan Baptist Bernadot üçün yaratdığı kiçik dövlət. Paytaxtı İtaliyanın Pontekorvo kommunası idi.

Birinci Fransa imperiyasının tərkibində knyazlıq
Pontekorvo knyazlığı
it. Principato di Ponte Corvo
Bayraq Gerb
Bayraq Gerb
 
 
1806 — 1815

Paytaxt Pontekorvo
Rəsmi dilləri İtalyan dili
Fransız dili
Dövlət dini Katolisizm
Ərazisi 88 km²
Əhalisi 3000
İdarəetmə forması Monarxiya
border=none Əsas məqalə: XIV Karl İohann
1805-ci ildə Austerlits döyüşündə göstərdiyi şücaətə görə 26 avqust 1806-cı ildə Jan Baptist Bernadot üçün yaradılmışdı. 1810-cu ildə Jan Baptist İsveç vəliəhdi seçiləndən sonra titulundan da imtina etmişdi. Titulun geri verilməsi müqabilində Napoleondan 1 milyon frank əldə etmişdi.[1]
border=none Əsas məqalə: Lüsien Mürat
5 dekabr 1812-ci ildə atası Yoahim Mürat tərəfindən imperial əmr ilə bu titul verilmişdi.[2] Lakin Müratın edamından sonra bu titul da ləğv olundu.

1815-ci ildə Vyana konqresinin qərarına əsasən ləğv olundu və ərazisi Papa dövlətinə verildi.[3]

  1. Supplemento alla Nuova enciclopedia popolare con appendice, volume unico, Torino cugini Pompa e comp. Editori, 1851, səh.59
  2. Guy Stair Sainty, History of the Princes Murat (King of Naples) Arxivləşdirilib 2008-02-07 at the Wayback Machine
  3. Dizionario di erudizione storico-ecclesiastica, Gaetano Moroni, vol.V, In Venezia, dalla tipografia emiliana, 1840, səh. 113