Populus schischkinii

Şişkin qovağı (lat. Populus schischkinii) — Söyüd fəsiləsinə adi bitki növü

Şişkin qovağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şişkin qovağı
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Azərbaycanda yayılması: Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tez böyüyən, dekorativ ağacdır. Azərbaycanda хüsusən meşəsiz rayonlarda (Naхçıvanda) çayların, oazislərin, süni terrasların yaradılması üçün əkilib becərilir. Abşeronda bağ və parklarda rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.