Siboglinidae (lat. Siboglinidae) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan fəsiləsi.
Poqonoforlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Yarımsinif: İnfrasinif: Fəsilə: Poqonoforlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Poqonoforlar həmçinin çoxqıllı həlqəvi qurdlarin buynuzkanallılar dəstəsinə aid Riftiya və Vestimentifera cinslərinin aid olduğu fəsilə kimi də tanınır.
Uzun xitinli və iki tərəfi açıq xüsusi borucuqlarda yaşayırlar. Sapşəkilli qurdabənzər bədəni 4 şöbədən ibarətdir. 2000-ədək çıxıntısı olur. Suda həll olmuş üzvi maddələrlə qidalanır. Poqonoforlar ayrıcinsiyyətlidir. Dənizlərin 20 m vəya daha dərin yerlərində yaşayır. Qalapaqos adaları sularının 2400 m dərinliyində uzunluğu 3 m-dən çox olan nəhəng poqonoforlar tapılmışdır. 7 fəsiləsi və 100 növü var. Alt Paleozoy çöküntülərində qalıqlarına rast gəlmək olur.[2]
Poqonoforlar elm üçün ilk dəfə olaraq 1937-ci ildə İsveç alimi K.E.İohaneson tərəfindən qeyd edilmişdir. Onlar başqa çoxhüceyrəli heyvanlardan (ibtidai süngərlərdən başqa) bağırsağın olmaması ilə fərqlənir.
Poqonoforlar dəniz heyvanlarıdır. Dənizlərin dibində lilin üzərində oturaq həyat keçirir. Poqonoforlar tipinin iki sinfi vardır: yüyənlilər, yüyənsizlər. Hazırda 150 növü məlumdur.
Poqonoforların əksəriyyəti okean və dənizlərin 3–10 km dərinliklərində xitin boru içərisində yaşayır. Poqonoforlar Sakit okeanın böyük dərinlikİərində geniş yayılmışdır. Onlara Yapon, Oxot və Berinq dənizlərində rast gəlinir. Həmçinin poqonoforlar Hind və Atlantik okeanlarında da yaşayır. Xəzər dənizinin suyunun duzluluğu aşağı olduğundan poqonoforlar burada yaşamır.
Bədən sapşəkilli silindr formasında olub, ölçüsü 15 sm-dən 1,5 m-ə qədərdir. Bədən səthini birqatlı dəri epiteli örtür. Epitelinin altında dəri-əzələ kisəsi yerləşir. Bu heyvanlarda xüsusi həzm sistemi yoxdur, qidalanma lamisə çıxıntılarının səthi vasitəsilə gedir.
Poqonoforların bədəni 4 buğumdan və ya şöbədən ibarət-dir. Birinci və ikinci buğumlar bədənin on hissəsini təşkil edib üçüncü buğumdan çox qısa olur. Dördüncü buğum yenidən bu-ğumlara bölünür. Birinci bu-ğumda lamisə çıxıntıları yerləşir. İbtidai növlərdə lamisə ç-xıntılarının sayı 6-9-dur. Bəzi nümayəndələrində bir ədəd çox uzun lamisə çıxıntısı olur. İkinci buğum silindr şəklindədir. Onun qarın və bel hissələrini şırımlar örtür. Dördüncübuğumun qurtaracağında nazik qıllar vardır. İkinci bədən boşluğuna malikdir, həzm və tənəffüs sistemi yoxdur. Qan-damar sistemi. Poqonoforlarda qan-damar sistemi yaxşı inkişaf etmiş və qapalıdır. Bədən boyu bel və qarın damarları uzanır, ön və arxa hissələrin qurtaracağında bir-birilə birləşir. Ürək birinci buğumun bel hissəsində lamisə çıxıntılarının oturacağında yerləşir. İfrazatı. Poqonoforlarda ifrazat orqanı bir cüt böyrəkdən ibarətdir. Böyrəkİər birinci buğumda olan bədən boşluğunda yerləşir. İkinci və üçüncü buğumlarda isə bu funksİyanı xüsusi hüceyrələr yerinə yetirir. Sinir sistemi. Sinir sistemi çox sadə olub, bədən boyu nazik sinir sütunundan ibarətdir. Çoxalması. Poqonoforlar cinsiyyətli yolla çoxalır, müxtəlif cinsiyyətli heyvanlardır. Cinsiyyət orqanları üçüncü buğumda yerləşir. Erkəkdə bədənin arxa hissəsində, dişilərdə isə buğumun ön hissəsində yerləşir. Dişi fərd yumurtasını yumurta borucuğunun ön hissəsinə bir cərgədə düzür və sayı 10 ilə 42 arasında dəyişir. Mayalanma yumurta borucuğunda gedir. Mayalanmış yumurtadan üzəri Kirpikli dördbuğumlu sürfə çıxır. Sürfədə bağırsaq olur, yaşlı fərddə isə itir.