Poqonya

Litva Böyük Hersoqluğunun gerbi, da adlandırılır Poqonya[1] (belar. Паго́ня, pol. Pogońlit. Vytís, Vitis) — Böyük Litva knyazlığının, eləcə də XIV əsrin sonlarından sülalənin süqutuna qədər Gediminlər sülaləsinin gerbi. Gerb həmçinin, 1918–1940-cı illər arasında Litvanın, 1918-ci ildə Belarus Xalq Demokratik Respublikasının və 1991–1995-ci illər arasında Belarus Respublikasının rəsmi gerbi olmuşdur. Poqonya hal-hazırda Litvanın dövlət gerbidir

Poqonya
Litva Böyük Hersoqluğunun gerbi
Detallar
Təsis edilib XIV əsr
İlk variantı
Böyük Litva knyazlığı
Digər variantlar
İstifadə Litva Respublikası
Belarus Respublikası (1991–1995)
Belarus Xalq Respublikası (1918)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

14 may 2017 tarixində Poqonya Belarusun mədəni irsi elan edilmişdir.

Paqonya Belarusda

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Belarus gerbi

Böyük Litva knyazlığında 1366-cı ildən Belarus Xalq Respublikasında 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində ağ atlı əsgər fiquru, Belarus torpaqlarında suverenlik quran müxtəlif dövlətlərdə rəsmi dövlət gerbi olaraq istifadə edilmişdir. Gerb, Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən olaraq istifadə edilməyə dəvam edildi.[2] Əslən "Vytis" adında bir Litva rəmzi olan fiqur, böyük knyazlıq dövründə belaruslar tərəfindən öz slavyan rəmzləri olaraq da qəbul edildi.[3] Belarus milliyətçiləri, Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan ibarət olduğu, bu səbəblə də gerbin belaruslara aid olduğu tezisini irəli sürmüşdür. Bu tezisə dayaq olaraq Böyük Litva knyazlığında Belarus dilində yazılmış qanunlar göstərilmişdir.[4] 1916-cı ildə Maksim Baqdanoviç "Paqonya" adlı milliyətçi şeirində Belarusun müstəqilliyinini qorumuşdur.[5] Bu görüş istiqamətində 1918-ci ildə qurulan qısa ömürlü Belarus Xalq Respublikası da bu gerbdən istifadə etmişdir.[6]

  1. Drelicharz, Wojciech; Piech, Zenon. Współczesna heraldyka samorządowa i jej problemy (polyak). Oficyna Cracovia. 2000. 37. ISBN 978-83-86957-43-9. 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  2. "The Coat of Arms of Lithuania". Lrs.lt. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
  3. Luizzi, Afina S.; Qrozbi, Stiven. Nationality and Nationalism. I.B. Tauris. 2004. səh. 174.
  4. Abdilal, Ravi. National Purpose in the World Economy: Post-Soviet States in Comparative Perspective. Nyu-York: Kornell Universiteti Nəşriyyatı. 2005. səh. 135. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  5. Mek-Millen, Arnold Barret. Die Literatur der Weissrussen. Schmitz. 1977. səh. 160.
  6. Tsitoy, A. Геральдыка Беларусі. Менск: МФЦП. 2010. səh. 144. ISBN 978-985-454-500-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]