Porsche 924 — alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. İki qapılı, 2+2 kupe və ya kabriolet gövdəyə malikdir.
1976-cı ildə Porsche 914-ün əvəzinə istehsal edilmişdir. İstehsalı Porsche 944 ilə əvəz olunduğu 1988-ci ildə sona çatdı. Əvvəllər əsas seriya modellərində (356 və 911) hamısı arxada və ya ortada yerləşdirilmiş hava ilə soyudulan bir boksör mühərriki istifadə edən, Porsche üçün, 924 modelinin öndən quraşdırılmış su ilə soyudulmalı daxili mühərriki böyük bir dəyişiklikdir.
1981-ci ildə Porsche, 924 seriyasının ən güclü versiyası 924 Carrera GTyi istehsal etdi. 924 Turbo üstündə hazırlanmış bu avtomobil, 16" Fuchs jantları və kapotundakı hava girişləri kimi fərqləri ilə əsas seriyadan vizual olaraq çox fərqlənirdi.
924 2,0L Turbo "Carrera GT" Performans məhsuldarlığı
924 Carrera GTS və 924 Carrera GTR versiyaları da buraxılmışdır. Qüvvələri ardıcıllıqla 245 HP (50 ədəd istehsal edilib, 5 ədədi ClubSport versiyası) və 375 HP (17 ədəd istehsal) olmuşdur.
3000 ədəd buraxılmış xüsusi versiya olan “Martini” maşınları da daxildir
† 1030 ədəd buraxılmış xüsusi versiya olan “Le Mans” maşınları da daxildir
‡ 1015 ədəd buraxılmış xüsusi versiya olan “50 Jahre Porsche/Weissach” maşınları da daxildir