Porsuq (Toğrulun generalı)

Porsuq və ya BursukBöyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir.[2]

Porsuq
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir[1]
Doğum yeri
  • bilinmir
Vəfat tarixi sentyabr 1097[1]
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Vətəndaşlığı
Uşağı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Böyük Səlcuq imperiyası
Rütbəsi Sipəhsalar

Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir.

1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı. Bir başqa versiyaya görə, Süleymanşahla Mansurun Bizans taxtına çıxmasında mühüm rol oynadıqları imperator Nikiforos Botaneiates ilə ittifaq etdikləri, bundan dolayı Porsuqun uğurlu ola bilmədiyi, hətta türkmanların Süleymanşahın ətrafında toplanmasına və onun daha da güclənməsinə səbəb olmuşdur.

Sultan Məlikşah 1084-cü ildə Mosulda olarkən qardaşı Şijabüddövlə Təkəşin Xorasanda üsyan etdiyini öyrənib üsyanı yatırmaq üçün yola çıxdığı zaman yanındakı hərbçilər arasında Porsuq da var idi. Anadolu Səlcuqlu sultanı Şüleyman şahın 4 iyun 1086-cı ildə ölümündən sonra Məlikşahın 1086-cı ildə İsfahandan Hələbə göndərdiyi ordunun avanqard bölmələrinin başında Porsuq durmuşdu. Süleyman şahın yerinə vəkil olaraq təyin etdiyi Əbülqasım İznikdə özünü hökmdar elan etdi və tanınması üçün Məlikşaha müraciət etdi. Məlikşah bu istəyi rədd etdi və Porsuqu 50.000 qoşunla onun üzərinə göndərdi. Porsuq İzniki 3 ay mühasirədə saxlasa da, Bizansdan yardım alan Əbülqasıma qalib gələ bilmədi. Bundan sonra Məlikşah onu geri çağırıb, onun yerinə Urfa əmiri Bozanı İznikə göndərdi.

Porsuq Sultan Börkiyarığın əmisi Tutuşla girdiyi taxt mübarizəsində Börkiyarığı dəstəklədi. Börkiyarığın Tutuşun qarşısında məğlub olmasından sonra İbn əl-Əsirə görə 1094-cü ildə Porsuqla Börkiyarıq Sultan Mahmudun hakimiyyəti altındakı İsfahana sığındı. Bağdaddakı Səlcuqlu nümayəndəsi olan Porsuq 1097-ci ilin avqust ayında batini fədaisi tərəfindən qətlə yetirildi. Oğullarından Ağböri ilə Zəngi atalarının ölümünə baiskar kimi Börkiyarığın vəziri Məcdülmülk olduğunu bildirdilər və Börkiyarığın düşərgəsindən ayrıldılar. Vəzirin onlara təslim edilməsini tələb etdilər. Sultan bunu etməyə əcbur oldu. Bu Porsuqun oğullarının ordu içindəki nüfuzunun sübutudur.

Digər oğlu isə özü ilə eyni adı daşıyan general Porsuqdur.

  1. 1 2 3 http://jhr.ui.ac.ir/article_22219_edc282903a8907c7635ca1f7b2a703a2.pdf.
  2. Abdülkerim Özaydın. "PORSUK". TDV İslâm Ansiklopedisi. 2020-01-03 tarixində arxivləşdirilib.