Port-of-Speyn


Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi.

Port-of-Speyn
Port of Spain
Bayraq
Bayraq
10°40′ şm. e. 61°31′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 3 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.074 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 500234
Digər
cityofportofspain.gov.tt
Xəritəni göstər/gizlə
Port-of-Speyn xəritədə
Port-of-Speyn
Port-of-Speyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır.

Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.

Əhalisi 50 min nəfərdir (2010). Paytaxtın etnik çoxluğu — zəncilər, kreollar və hind-pakistanlılardır. Şəhərdə həmçinin az sayda çinliləravropalılar yaşayırlar.

Dövlət dili ingilis dilidir. Həmçinin ispan, hind və patua dilləri də yayılıb.

Əhalinin əksər hissəsi – 70 %-i xristaianlardır (katolikprotestantlar); induizmbuddizm tərəfdarları da vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 archINFORM (alm.). 1994.