Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi.
Port-of-Speyn | |
---|---|
Port of Spain | |
10°40′ şm. e. 61°31′ q. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 500234 |
Digər | |
cityofportofspain.gov.tt | |
Vikianbarda əlaqəli mediafayllar |
Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır.
Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.
Əhalisi 50 min nəfərdir (2010). Paytaxtın etnik çoxluğu — zəncilər, kreollar və hind-pakistanlılardır. Şəhərdə həmçinin az sayda çinlilər və avropalılar yaşayırlar.
Dövlət dili ingilis dilidir. Həmçinin ispan, hind və patua dilləri də yayılıb.
Əhalinin əksər hissəsi – 70 %-i xristaianlardır (katolik və protestantlar); induizm və buddizm tərəfdarları da vardır.