Posavina

Sava çayının hövzəsi

Posavina (xorv. Posavina, bosn. Posavina, serb. Посавина, sloven. Posavje/Posavina) — Sava çayının hövzəsinə yerli dildə verilən ad. Bu regiona Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina və Serbiyanın ərazisindən axan iri çaylar daxildir. Ortadunay düzənliyindən kənarda yerləşir. Bölgədə ərazisinin dəniz səviyyəsindən hündürlüyü 100 metr təşkil edir. Ərazinin eni 4–45 km, uzunluğu isə 400 km-dir.

Bölgənin şərəfinə çoxlu sayda toponimlər vardır: Xorvatiyada dairələrdən biri — Brodsko-Posavska dairəsi, Bosniya-Hersoqovinada isə kantonlardan biri — Posavski kantonu. Bu bölgənin şərəfinə şəhər meydanı (xorv. hrvatski posavac hrvatski posavac "xorvat posavası") və toyuq növü (Posava kəkilli toyuğu) belə vardır.

Bölgənin ilk dəfə adı IX əsrdə Frank imperiyası sərhəddində olması ilə çəkilir.

18-ci əsrin ilk yarısında Savsko-Dunay (Posavisa-Podunave) Habsburg monarxiyası ilə hərbi sərhəd rolunu oynayırdı. Bu bölgə Xorvatiya və Slavoniya Krallığının razisini əhatə edirdi — Slavoniyanın və Sremanın cənubu, Novo-Qradişkadan Drinin Savaya tökldüyü yerə qədər ki ərazi.

1929–1939-cu illərdə Posavinanın əksəriyyəti Sava çayının adı Yugoslaviya Krallığı ərazisinə daxil idi — Savska banovinası adlı Xorvat vilayətlərinin biri. Bu vilayətin mərkəzi Xorvatiyanın paytaxtı olan Zaqreb olmuşdur. 1939-cu ildə Sava banovina Primorskaya banovinası ilə birləşdirilmişdir.

1941-ci ilin aprel ayında Xorvatiyada müstəqil dövlət qurulduqdan sonra Posavina ona birləşdirilir. Bu dövlətin ərazisinə daxil olan böyük vilayətlərdən biri Posave adlanırdı (xorv. Velika župa PosavjeVelika župa Posavje). onun ərazisinə Brod, Jupaya, Bryuçko, Derventa, Qradaças və Bielina kantonıları daxil idi. onun mərkəzi sava çayının sağ sahilində yerləşən Brod şəhəri idi.

Bosniya müharibəsi zamanı Bosniya Posavinanın bir hissəsi böyük zərər gördü: bir çox yaşayış məntəqəsi məhv edildi və ya yandırıldı, əhali bölgədən qovuldu. Buna görə müharibədən sonra bölgə üzrə əhalinin sıxlığı olduqca azdır.

  • Ivan Crkvenčić: The Posavina Border Region of Croatia and Bosnia-Herzegovina: Development up to 1918 (with special reference to change in ethnic composition), in Društvena istraživanja – Časopis za opća društvena pitanja, No. 1–2, 2004, Institut društvenih znanosti Ivo Pilar, Zagreb, S. 293–314
  • Ivan Crkvenčić: The Posavina Border Region of Croatia and Bosnia-Herzegovina: Development up to 1918 (with special reference to change in ethnic composition), in Društvena istraživanja – Časopis za opća društvena pitanja, No. 3, 2004, Institut društvenih znanosti Ivo Pilar, Zagreb, S. 579–595
  • Nada Klaić: Ljudevit Posavski. In: Enciklopedija Jugoslavije, 1. Ausgabe, Zagreb 1962.