Post hoc ergo propter hoc

Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır.

Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur.

Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır.

Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur.

post hoc səhvinin forması belədir:

  • A baş verir, bundan sonra B baş verir.
  • Deməli, A-nın səbəbi B-dir.

B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.

  • Bir icarədar bir mənzilə köçür və binanın sobasında problem yaranır. Binanın komendantı bu nasazlığın səbəbini icarədarın boynuna atır. Bir hadisə sadəcə digərini izləyib və səbəb yoxdur.[1]
  • Dedi-qodulara görə, Braziliya futbolçusu Pele performansının zəifləməsini bir azarkeşə futbol forması verməsi ilə əlaqələndirib. O, formanı geri götürür və onun performansında yüksəliş nümayiş olunur. Performansın zəifləməsinin səbəbi olaraq köynəyin verilməsi göstərilib, bərpa olmasının səbəbi olaraq isə onun geri götürülməsi göstərilib. Buna baxmayaraq, daha sonra öyrənilib ki, geri götürülən köynək həmin köynək deyilmiş.[2]
  • Vaksin tərəddüdü. Burada insanlar digərlərinin məhz peyvənd edildikdən sonra xəstələndiklərini görür və fərz edir ki, xəstəliyin səbəbi elə peyvəndin özüdür.[3]
  1. Deymer, T. Edvard. Attacking Faulty Reasoning: A Practical Guide to Fallacy-Free Arguments (ingilis) (III). Belmont: Wadsworth Publishing. 1995. səh. 131. ISBN 978-0-534-21750-1. OCLC 30319422.
  2. Makaskill, Sendi. "Top 10: Football superstitions to rival Arsenal's Kolo Toure". The Telegraph (ingilis). 2009-02-25. August 26, 2010 tarixində arxivləşdirilib.
  3. Manktelou, K. İ. Thinking and Reasoning: An Introduction to the Psychology of Reason, Judgment and Decision Making (ingilis). Psychology Press. 2012. səh. 119. ISBN 9781841697413. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.