Prada

Pradaİtalyan geyim brendi.

Prada
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Geyim brendi
Məhsulları Geyim, kosmetika, aksesuarlar,ətir, mobil telefonlar, saatlar.
Təsis tarixi 1913
Baş qərargahın yeri
Struktur
İşçi sayı 13,331 (2020) [1]
Tərəfdaşlar Miucca Prada ,Carlo Mazzi, Patrizio Bertelli , Alessandra Cozzani
prada.com/ww/en.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir.

Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb.

Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi . Pradanın qiymətlərinin daha yüksək olması ilk illərdən bu günə qədər aktual qalan mövzudur . Ancaq müştərilərinə ,xitab etdiyi kütləyə bu normal olduğuna görə ilk illərdəki çətinliklə indi üzləşmirlər.

Prada beynəlxalq Milanda tez-tez brendin məkanlarından birində keçirilən mövsümi dəb nümayişlərinə ev sahibliyi edir.

1988 — Milanda ilk qadın geyimləri dəfiləsi

1993 — Milanda ilk kişi geyimləri dəfiləsi

Mədəniyyət sahəsində Prada

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə çəkilmiş “10 things I hate about you” (Haqında nifrət etdiyim 10 şey) bədii filmində Prada imzası olan məhsulların tərifinə yer verilib.

2006-cı ildə çəkilmiş “The Devil wears Prada” (Şeytan Prada geyinir) bədii filmi (Lauren Weisberger tərəfindən yazılmış eyniadlı kitab əsasında) Meril Stripə roluna görə Oskar nominasiyası qazandırdı.Onun film üçün ayaqqabı qarderobunun geyim dizayneri Patricia Field tərəfindən hazırlandığı , "ən azı 40% Prada" olduğu deyilirdi.

  1. "Arxivlənmiş surət". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.