Şeytan Prada geyinir

Şeytan Prada geyinir (ing. The Devil Wears Prada) — 2003-cü ildə Loren Veysberger tərəfindən yazılmış bestseller romandır. Romanda dəb jurnalı redaktoru olan qadın tərəfindən şəxsi assiasnt kimi işə qəbul edilən gənc qızdan bəhs edilir. Altı ay The New York Times bestseller siyahısında yer tutan roman əsasında 2006-cı ildə Meril Strip, Enn HeteueyEmili Blantın iştirakı ilə eyniadlı bədii film çəkilmişdir. Bir çox mənbələrdə əsər çiklit janrının ən yaxşı nümunəsi kimi qeyd edilir.[1][2]

Şeytan Prada geyinir
The Devil Wears Prada
Müəllif Loren Veysberger
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 6 oktyabr 2003
Rəssam Evan Qeffni
Tərtibat Nik Devar
Nəşriyyat Broadway Books
Nəşr yumşaq və bərk üzlü
Səhifə 360
Sonrakı Qisas Prada geyinir
ISBN ISBN 0-7679-1476-7

Müəllifinin keçmişinə görə, Şeytan Prada geyinir romanı nəşr edildikdən dərhal sonra böyük marağa səbəb olmuşdur. Belə ki, yazıçı fəaliyyətinə başlamazdan əvvəl Veysberger, romanın əsas qəhrəmanları kimi ABŞ "Vogue"unun baş redaktoru Anna Vinturun şəxsi köməkçisi olmuşdur, Vintur isə romanda jurnal redaktoru olan Miranda Pristli kimi britaniyalıdır. Tənqidçilərin "açarlı roman" hesab etdikləri əsərdə, Vintur və digər "Vogue" işçiləri ilə bağlı insayder məlumatlarının verildiyi güman edilir.[3][4]

Əsərin sikveli olan "Qisas Prada geyinir: Şeytan qayıdır" əsəri 2013-cü ildə nəşr edilmişdir.[5][6]

Bir müddət öncə Braun Universitetində ingilis ədəbiyyatı üzrə təhsilini başa vurmuş Andrea Saks, Kolumbiya Universitetinin tələbəsi olan rəfiqəsi Lili ilə birlikdə Nyu-Yorka köçür. Nəşriyyatlardan birində iş tapmağa ümid edən Andrea rezümesini hər yerə göndərməyə başlayır. O, düşünür ki, jurnal sənayesində işə başlamaqla gələcəkdə "The New Yorker" üçün yazmaq arzusuna bir addım da yaxınlaşacaq. Gözlənilmədən Elias-Clark Group şirkətində müsahibəyə dəvət edilən Andrea, "Runway" jurnalının baş redaktoru olan Miranda Pristlinin kiçik köməkçisi kimi işə düzəlir. Andrea dəb dünyası haqqında az məlumata malik olsa da, ətrafdakı hər kəs onnun tutduğu vəzifəni bir çox qızların arzuladığını qeyd edirlər. Ona deyirlər ki, əgər bir il Miranda ilə işləyə bilsə, jurnal sənayesinə giriş üçün onun önündə bütün qapılar açılacaq.

Məşhurların toplaşdığı əyləncə gecəsində Andrea, Yel Universitetinin tələbəsi, öz nəslinin ən prespektivli yazıçılarından biri olan, xarizmatik və prespektivli Kristian Kollinsuortla tanış olur. Onlar, bir-birinin diqqətini cəlb etsələr də, Andreanın Alekslə münasibətdə olması vəziyyəti mürəkkəbləşdirir.

Yeni işinə görə, Andreanın şəxsi həyatında problemlər yaranmağa başlayır. Getdikcə daha çox alkoqollu içkilər içən Lili vaxtını şübhəli oğlanlarla keçirməyə başlayır. Məktəb müəllimi kimi ağır işdə çalışan Aleks, Andrea ilə münasibətlərinin soyumasından narahatlıq keçirməyə başlayır. İşinə görə, Andreanın ailəsi ilə olan münasibətləri də soyuyur. Kolleqası Emili xəstələndiyinə görə Andrea, Miranda ilə birlikdə Paris dəb həftəsinə getməli olur. Parisdə, Andrea gözlənilmədən Kristianla görüşür. Həmin axşam ilk dəfə Andrea ailə danışan Miranda, ondan gələcəkdə harda işləmək istədiyini soruşur, Andreanın arzusunu öyrəndikdən sonra isə, bir neçə zəng edəcəyinə söz verir.

Hotelə qayıdan Andrea, Aleks və valideynlərindən mümkün qədər tez zəng etmək haqqında müsajlar alır. Zəng edən Andrea öyrənir ki, kefli vəziyyətdə avtomobil sürən Lili qəza törədib və komaya düşərək xəstəxanada yerləşdirilib. Mirandanın əmrlərini yerinə yetirməkdən imtina edən Andrea, rəfiqəsinin yanında olmaq üçün təcili olaraq Parisdən qayıdır. Alekslə olan romantik münasibətlərini əvvəlki kimi bərpa etməyin mümkün olmadığını anlayan Andrea, onunla dost münasibətlərini saxlayır. Lili sağalır və törətdiyi qəzaya görə yalnız ictimai işlə cəzalandırılır.

Andrea öyrənir ki, Miranda ilə aralarında baş vermiş qarşıdurma onun naşirlər arasında məşhurlaşmasına səbəb olub. Həmişəlik qara siyahıya düşdüyündən şübhələnən Andrea valideynlərinin yanına qayıdır. O, kiçik həcmli bədii əsərlər üzərində çalışır və Paris səfərindən gətirdiyi bahalı dizayner geyimlərinin satışından əldə etdiyi gəlirlə dolanmağa çalışır. "Seventeen" jurnalı Andreanın yazdığı hekayələrdən birini alaraq nəşr edir. Sonda yeni iş vəzifəsini müzakirə etmək üçün Elias-Clark-bildinqə qayıdan Andrea Mirandanın yeni kiçik köməkçisi ilə qarşılaşır.

  • Andrea "Endi" Saks – tiran xarakterli jurnal redaktorunun şəxsi köməkçisi kimi çalışan gənc xanım.
  • Miranda Pristli – Elias-Clark şirkəti tərəfindən nəşr edilən nüfuzlu dəb jurnalı olan "Runway"in britaniyalı (Miriyam Pirinçek adlı) baş redaktoru. Onun gündəlik obrazının əsas simvollarından biri ağ Hermès şərfidir və Pristli, tabeliyində olan şəxslərə qarşı emosional və psixoloji təzyiq vasitələrindən istifadə edir.
  • Emili Çarlton – Mirandanın keçmiş kiçik, hazırkı böyük köməkçisi. Andrea və Emili mübahisəli münasibətə malikdirlər.
  • Aleks Faynmen – Andreanın sevgilisidir. Teach For America layihəsi çərçivəsində Cənubi Bronksdakı məktəblərdən birində müəllim işləyir.
  • Lili Qudvin – Andreanın rəfiqəsidir. Kolumbiya Universitetində Rus ədəbiyyatı üzrə təhsil almış Lili, Andrea ilə bir evdə yaşayır.
  • Naycel — "Runway"in kreativ-direktoru kimi çalışan hündürboylu britaniyalı gey kişi. Tez-tez televiziyada dəb məsləhətçisi kimi çıxış edən Naycel, Andreanın işə düzəlməzdən əvvəl tanıdığı azsaylı "Runway" işçilərindən biridir. Naycel yeganə adamdır ki, Mirandanın qarderob seçimini tənqid edə bilir.
  • Ceyms – "Runway"in gözəllik departamentində çalışan digər bir gey kişi. O, Andrea ilə dostlaşır və kefi olmayanda çəkisi ilə bağlı zarafatlar edərək onun kefini açır.
  • Ceffi — "Runway"in məşhur qarderobunu idarə edir. Müxtəlif brendlərin çəkiliş üçün jurnalda göndərdikləri bütün dəyərli geyimlər və aksesuarlar həmin qarerobda saxlanılır və jurnal əməkdaşlarına onlardan istifadə etməyə imkan verilir. Jurnalın ofisində qəbul edilmiş yüksək dəb standartlarına uyğun şəxsi qarderobun formalaşdırılmasında Ceffi Andreaya kömək edir.
  • Hanter Tomlinson – Nyu-Yorkdan olan nüfuzlu vergi müvəkkili və Mirandanın həyat yoldaşıdır. Miranda iki qızının atası olan britaniyalı rok ulduzundan boşanaraq Tomlinsonla evlənmişdir.
  • Eduardo — Elias-Clark-bildinqin təhlükəsizlik xidmətinin rəhbəridir. Hər dəfə Andrea binaya girərkən onunla danışaraq zarafatlar edir.
  • Kristian Kollinsuort – yaraşıqlı və gənc yazıçıdır. Andrea və Kristian ziyafətlərin birində tanış olurlar və onlar arasında qısa müddətli romantik münasibət yaranır.
  • KerolaynKessidi – Mirandanın əkiz qızları.
  • Kara – Əkizlərin dayəsidir. Tez-tez Andreaya kömək edən Kara, əkizləri pis hərəkətinə görə cəzalandırır və bu hərəkətinə görə Miranda tərəfindən tənqid edilir.
  • Cill – Andreanın böyük bacısıdır. Ailə həyatı quraraq Hyustona köçmüşdür.

Veysberger romanın nəşrindən sonra yayımlanmış müsahibəsində qeyd edir ki, Pristlinin tələbləri ilə bağlı bəzi məlumatlar uydurma olsa da, bəziləri yazıçının özü və iş yoldaşlarının ilk iş yerindən əldə etdikləri təcrübələrə əsaslanır.[7] Bəzi tənqidçilər qeyd edirlər ki, "Vogue" jurnalının baş redaktoru Anna Vintur, Pristli obrazının yaradılması üçün ilham mənbəyi olmuşdur.[8] Filmin çıxarılmasından sonra isə, Vinturun assisantlarından biri Emili obrazı ilə eyniləşdirilmişdir.[9]

Karyerasının bir mərhələsində Vintur üçün çalışmış "Harper's Bazaar" jurnalının keçmiş redaktoru Keyti Betts "Times" üçün yazılmış kitab rəyində əsas qəhrəmanın "Vogue" üçün çalışmaq imkanını dəyərləndirmədiyini xüsusilə qeyd edərək yazır: "Əgər Andrea heç vaxt nəyə görə Mirandanın fikirlərinə görə narahat olması gərəkdiyini başa düşmürsə, o zaman, nəyə görə biz Andreaya göra narahat olmalı və ya kontekstdən ayrılmış frizondan başqa bir şey olmayan mətnə qiymət verməliyik."[10] "The New York Times" üçün yazdığı rəydə Cenet Maslin də bənzər fikir səsləndirir: "yaramaz kitabda müəllif maraqlı nəql üsulunu saxlamaq üçün çoxlu qeybətlərdən istifadə edir…"[11]

Maslin, Veysbergerin əvvəllər çalışdığı jurnalın və əsərinin baş qəhrəmanını yaratmaq üçün istifadə etdiyi redkatorun adını çəkmir.[12] Filmin çıxarılmasından sonra "Times" bu mövzunu davam etdirir.[13]

"Newsday"dən Cennifer Krauss romanın bəzi problemləri olduğunu qeyd etsə də, onu "məzəli, yüngül əsər" adlandırır.[14]

30 iyun 2006-cı ildə roman əsasında 20th Century Fox studiyası tərəfindən romanın eyniadlı film adaptasiyası çıxarılmışdır. Vendi Faynermanın (Forrest Qamp) prodüserliyi ilə çəkilmiş filmin ssenarisi Alina Broş MakKenna tərəfindən yazılmış, rejissorluq işini isə Devid Frankel öz öhdəsinə götürmüşdür. Andrea rolu Enn Heteuey, Emili rolu isə Emili Blant tərəfindən canlandırılmışdır. Miranda Pristli rolunu canlandırdığına görə Meril Strip film tənqidçiləri tərəfindən təriflənmiş və Qızıl qlobus mükafatı qazanmış, eyni zamanda Oskar mükafatına namizəd göstərilmişdir.

Filmin çəkilişləri 2005-ci ilin payızında Nyu-YorkParisdə aparılmışdır. Veysberger filmdə kameo rolu alaraq əkizlərin dayəsini canlandırmışdır.

Bütün dünyada $300 milyondan çox gəlir gətirmiş "Şeytan Prada geyinir", baş rolları canlandırmış hər iki aktrisa üçün o dövrə kimi ən çox gəlir gətirmiş film olmuşdur. Sentyabrda Veysberger və Frenkel "Variety" jurnalının Quill mükafatına layiq görülmüşdür.

2005-ci ildə yayılmış məlumata görə, Brodvey prodüseri Kevin MakKollum Fox studiyası ilə müqavilə bağlayaraq, onların kataloquna daxil olan filmlərdən bir neçəsinin səhnə uyğunlaşdırmasını hazırlamağa başlamışdır. O, xüsusilə "Missis Dautfayr" və "Şeytan Prada geyinir" filmlərinə maraq göstərmişdir. 2017-ci ildə MakKollumun "Fox Stage Productions" və "Rocket Entertainment"lə birlikdə[15] "Şeytan Prada geyinir" myuziklı üzərində çalışmağa başladığı elan edilir. Ser Elton Conun (daha əvvəl "Billi Elliot" və "Kral Şir" myuziklları üçün musiqi yazmışdır) myuzikl üçün musiqi, Pol Ridnikin (daha əvvəl "Bacıcan, hərəkət et" filmi üzərində çalışması ilə tanınıb) isə sözlər yazacağı elan edilmişdir. Katinq və istehsal vaxtı elan edilməsə də, myuziklın Brodveydə səhnələşdiriləcəyi dəqiqdir.[16]

"Qisas Prada geyinir: Şeytan qayıdır" adlı sikvel romanında hadisələr birinci kitabdakı hadisələrdən on il sonra baş verir. Bu əsərdə Endi artıq yeni evlilik jurnalının redaktorudur. Endi öz toyunu planlaşdırır və Miranda ilə təkrar qarşılaşmayana kimi onunla əməkdaşlıqdan qalan hisslərdən hələ də əziyyət çəkir.[17]

"Associated Press" agentliyi bu romandan bəhs edərkən qeyd edir ki, "Kitab təravətli nəql tonunu saxlamaq üçün pop mədəniyyətin maraqlı elementlərini uğurla istifadə edir."[18] "Departures" jurnalı qeyd edir ki, "Şeytan Prada geyinir romanının davamında qayıdan Miranda Pristli heç vaxt olmadığı qədər əfsunedici və qorxuducudur."[19] "Richmond Times-Dispatch" əsəri "Yay tətili üçün mükəmməl oxu materialı" adlandırır.[20] "BookReporter" yazır ki, "Oxucu New York Times bestselleri olan "Şeytan Prada geyinir" romanında olduğu kimi parıltı və qlamura qərq olur."[21] "The Washington Post" qeyd edir ki, "Miranda demək olar ki, bu kitabı maraqlı edən yeganə personajdır."[22] "MSN.com" isə əsəri "darıxdırıcı" adlandırır.[23]

  1. Memmott, Carol. "Chick lit, for better or worse, is here to stay". USA Today. June 21, 2006. August 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014. Industry observers and booksellers say a glut of pedestrian chick lit has new fans returning to proven, now-classic novels such as Nanny Diaries (2002), Bergdorf Blondes by Plum Sykes (2004) and The Devil Wears Prada.
  2. Wells, Juliette. Chapter 3: Mothers of Chick Lit? Women Writers, Readers and Literary History // Ferriss, Suzanne, Young, Malloy (redaktorlar ). Chick Lit: The New Woman's Fiction. Routledge. 2006. səh. 54. ISBN 9780415975025. September 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014. Heroines' professional identities and workday experiences are certainly important to the texture of chick-lit novels, and sometimes central to their plot: Weisberger's The Devil Wears Prada, for instance, is built around the young heroine's relationship with her fashion-magazine boss ...
  3. Schwarzbaum, Lisa. "The Devil Wears Prada". Entertainment Weekly. June 21, 2006. May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019. Lauren Weisberger, who wrote the hiss-and-tell roman à clef best-seller on which the picture is based, was herself an assistant to Wintour
  4. Gilbert, Sophie. "Lauren Weisberger's 'Revenge Wears Prada: The Devil Returns'". The Washington Post. June 3, 2013. September 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019. Clearly, writing a roman à clef can be much more lucrative than working as an assistant at Condé Nast.
  5. "'The Devil Wears Prada' is getting a sequel!— Exclusive". Entertainment Weekly. May 31, 2012. October 25, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  6. "Revenge Wears Prada: The Devil Returns Gets A Very Red Cover". Cinemablend.com. March 17, 2013. January 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  7. "'The Devil Wears Prada'". Author Q&A. Random House. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  8. Smith, Kyle. "Guy at the Movies". The New York Post. June 30, 2006. September 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  9. "Leslie Fremar Haunts Lauren Weisberger's Dreams". Gawker. July 11, 2006. July 14, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  10. Betts, Kate. "'The Devil Wears Prada': Anna Dearest". The New York Times Book Review. April 13, 2003. August 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  11. Maslin, Janet. "Books of the Times: Elegant Magazine, Avalanche of Dirt". The New York Times. April 14, 2003. September 18, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2019.
  12. Colford, Paul. "Wintour of Discontent". Daily News. New York. April 15, 2003. April 17, 2003 tarixində arxivləşdirilib.
  13. Scott, A.O. "'The Devil Wears Prada': Review". The New York Times. June 30, 2006. October 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  14. Krauss, Jennifer. "It's Working Girl Meets Cruella de Ville". Newsday. New York. April 14, 2003. April 23, 2003 tarixində arxivləşdirilib.
  15. Paulson, Michael. "'The Devil Wears Prada' Is Aiming for Broadway, as a Musical". April 8, 2018. July 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019 – NYTimes.com vasitəsilə.
  16. Parsons, Ellen. "Elton John and Paul Rudnick to write The Devil Wears Prada musical". The Sydney Morning Herald. January 26, 2017. November 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  17. Lee, Stephan. "See the Cover of 'Revenge Wears Prada', Sequel to 'Devil Wears Prada'—Exclusive". Entertainment Weekly. March 15, 2013. January 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  18. Critchell, Samantha. "Book review: The devil is in the details of 'Revenge Wears Prada'". JournalStar.com. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-22.
  19. "Summer Reading List". Departures. 2019-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-22.
  20. Times-Dispatch, MICHELLE SHARP Richmond. "Book review (fiction): Revenge Wears Prada". Richmond Times-Dispatch. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-22.
  21. "Editorial Content for Revenge Wears Prada: The Devil Returns - Bookreporter.com". www.bookreporter.com. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-22.
  22. Gilbert, Sophie. "Lauren Weisberger's 'Revenge Wears Prada: The Devil Returns'". Washington Post. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2019.
  23. Erbland, Kate. "Fan of the Ending of 'Devil Wears Prada'? You Might Not Be Wild About Its New Sequel". March 19, 2013. March 23, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]