Praqa Loretası

Praqa Loretası (çex. Pražská Loreta) - Çexiyanın paytaxtı Praqa şəhərinin Hradçanı rayonunun Loreta meydanının şərq hissəsində yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə eyni anda müqəddəs Məryəmin daxmasını və Loreta xəzinəsini də özündə birləşdirən Loreta monastır kompleksinin tərkibinə daxildir. Bu dini ziyarətgah İtaliyada yerləşən eyniadlı şəhərin şərəfinə adlandırılmışdır. 1626-ci ildə yarandığı ilk gündən başlayaraq, Praqa Loretası insanlar tərəfindən ziyarət olunan əsas yerlərdən birinə çevrilmişdir. Bütün bu dini kompleksin mirvarisi Casa Santa'nın (yəni Müqəddəs Evin) surəti sayılır. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliyaya öz qanadlarında aparmışdılar.

Praqa Loretası
çex. Kostel Narození Páně (Loreta)
Xəritə
50°05′22″ şm. e. 14°23′31″ ş. u.
Ölkə  Çexiya
Yerləşir Hradçanı
Praqa
Aidiyyatı Roma-Katolik kilsəsi
Memar Covanni Batisto Orsi
Sifarişçi Lobkovitzli Katerjina
Tikilmə tarixi 1626-cı il
Üslubu Barokko memarlığı
Rəsmi sayt loreta.cz
İstinad nöm.1-961
KateqoriyaKilsə
Praqa Loretası (Praqa)
Praqa Loretası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Loreta dini kompleksin tikintisi Çexiyalı aristokrat qadın, Lobkovitzli Katerjina tərəfindən başladılmışdı. O əfsanələrə o qədər inanırdı ki, doğma Praqa şəhərində də Casa Santa'nın tikintisinə qəra verdi. Gələcək monastırın memarlıq tərtibatı Mikulovda yerləşən Müqəddəs evdən ilhamlanmışdı. Bu ideyanın həyata keçməsi isə memarlar Covanni Orsi və Andrea Allionun birgə çalışması ilə özündə təcəssüm tapdı. 1661-ci ildə təzə inşa olmuş Casa Santa'ya monastır binaları birləşdirilmişdir. Daha 60 il sonra isə memarlar Kristofer və Kristian İqnats Dintsenhofer bu müqəddəs binanın fasadını erkən barokko üslubunda yeniləyirlər. Loretanın əsas girişindəki ballüstrada müqəddəs İohann Baptistin və müqəddəs Yozefin heykəlləri ilə bəzədilmişdir.

Casa Santa (Müqəddəs Ev)

[redaktə | mənbəni redaktə et]

Praqa Loretasının müqəddəs evi kompleksin mərkəzində yerləşir və altı ibadətgahla əhatə olunur. Onun daxilində Məryəm Ananın 1620-ci ilə aid bir heykəli yer alır, evin özü isə Əhdi-Ətiq peyğəmbərlərinin çoxlu heykəl və rəsmləri ilə bəzədilmiş və italyan sənətkarları tərəfindən hazırlanmışdı. Kədərli Məryəm ana kapellasında müqəddəs Starosanın (Müqəddəs Liberatanın) çarmıxa çəkilmə şəkli var. Rəvayətə görə, o, Siciliyanın bir kafir kralına ərə getməkdən imtina edən Portuqaliyalı kralın qızı idi. O nikah qarşısını almaq üçün yardım üçün Rəbbindən xahiş etdi və tanrı onu saqqallı bir kişiyə döndərdi. Əsəbiləşən ata itaətsizliyə görə, qızını çarmıxa çəkməyi əmr etdi.

Müqəddəs Tanrının doğulması kilsəsi

[redaktə | mənbəni redaktə et]

Zamanla, Loreta çox məşhur bir yerə çevrilir. Bunun nəticəsində buraya daha çox zəvvar axını başlayır və əsas yaranan problemlərdən biri də onların harada yerləşdirilməsi id. Beləliklə, orta kapellanın genişləndirilməsi ilə monastırın tərkibində Tanrının doğulması kilsəsinin inşa zəruri bir hala çevrilir. O 1737-ci ildə təqdis edilmişdir, lakin fresklər o cümlədən daxili tərtibat işləri bir il davam edirdi. Doğulma kilsəsində insanları şoka sala biləcək bir sıra relikviyalar var. Onların içərisində vəfatından sonra üzlərini mum maska ilə örtülmüş, əyinlərini isə bahalı geyimlərlə bəzədilən skeletləri misal çəkmək olar.

Loretanın zəng qülləsi

[redaktə | mənbəni redaktə et]

Zəng qülləsi Praqa Loretasının 1693-ci ildə inşa edilmiş yüksək qülləsində quraşdırılmışdır və o çox məşhur melodik zəng səsinə malikdir. Bu çən 1694-cü ildə Amsterdam şəhərində hazırlanmışdır və müqəddəs Tanrının doğulması kilsəsinə Praqalı tacir Eberhard Qlauxov tərəfindən hədiyyə edilmişdir.

  • Julius Košnář. "Staropražské pověsti a legendy". Vincentinum. 1933. səh. 108-112.[ölü keçid]
  • Eduard Šittler; Antonín Podlaha. "Loretánský poklad v Praze". Praha, vl.n. 1901.[ölü keçid]
  • Karel Vladislav Zap. "Popis královského hradu, hlavního chrámu u sv. Víta a všech jiných kostelův a světských stavení na Hradčanech v Praze". Kober, Praha. 1868.[ölü keçid]
  • Jan DIVIŠ, Pražská Loreta. Praha 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]