Premçand — hind yazıçısı, publisist. Urdu və hind dillərində yazmışdır. Premçand urdu və hind ədəbiyyatında tənqidi realizmin banisidir. İlk hekayələr kitabı ("Vətən məhəbbəti", 1909-cu il) Böyük Britaniya müstəmləkə orqanları tərəfindən yandırılmışdı. Müstəmləkəçiliyin, orta əsr geriliyinin, dini fanatizmin ifşası və mübarizəsi yaradıcılığının əsas mövzularıdır. "Məhəbbət xanəgahı" (1922-ci il), "Meydan" (1925-ci il), "Döyüş meydanı" (1932-c il), "Qurbanlıq inək" (1936-cı il) romanlarının, "Yeddi şanagüllə" (1917-ci il), "Döyüş yolu" (1932-ci il) hekayə toplularının və s. müəllifidir.
Premçand Münşi Premçand | |
---|---|
hind. (dev.) प्रेमचंद hind. (dev.) मुंशी प्रेमचंद | |
| |
Doğum adı | Dhanpatray Şrivastav hind. (dev.) धनपत राय श्रीवास्तव |
Təxəllüsləri |
Premçand Münşi Premçand |
Doğum tarixi | |
Doğum yeri | Lamhi (Benares yaxınlığında), Britaniya Hindistanı |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Benares, Britaniya Hindistanı |
Vətəndaşlığı | Britaniya Hindistanı |
Fəaliyyəti | roman yazıçısı, ssenarist, yazıçı |
Əsərlərinin dili | Hind dili, Urdu dili, Hindistani dili |
Vikianbarda əlaqəli mediafayllar |