Prezident Heydər Əliyev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-ə (ASCO) aid olan gəmilərdən biri. Gəmi Heydər Əliyevin adını daşıyır.
Prezident Heydər Əliyev | |
---|---|
Ölkə | Azərbaycan |
Mənşə ölkə | |
Təşkilat | Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Nəqliyyat Donanması[1] |
Sahibi | Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi[2] |
Növü | tanker |
Uzunluğu | 149,9 m |
Eni | 17,3 m |
Kütləsi | 13800 t |
|
Gəmis Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.[3]
2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Prezident Heydər Əliyev" gəmisinə həsr olunmuşdur[4][5].
Prezident Heydər Əliyev gəmisi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Gəmidə təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib. Eyni zamanda köməkçi mühərriklər, boru sistemləri, mexanizmləri təmir olunub, yeni nasoslar quraşdırılıb.[6] Gəmi üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.[7]
Bununla yanaşı, "Prezident Heydər Əliyev" gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.[7]