Prezident ovu (roman)

"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman.[2][3]

Prezident ovu
Müəllif Çingiz Abdullayev
Janr Detektiv
Orijinalın dili Rus dili
Tərcüməçi Mahir N. Qarayev
Nəşriyyat "Qanun" nəşriyyatı[1]
Nəşr 2013
Səhifə 264
Növ kitab
Tiraj 2000
ISBN ISBN 978-9952-26-634-4

Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir.

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?

Xəbərdarlığın sonu

  1. 'Prezident ovu', Qanun nəşriyyatı[ölü keçid]
  2. "'Prezident ovu', Azadlıq radiosu". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  3. "'Prezident ovu', Goodreads". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.