"Tver bulvarı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
Tver bulvarı | |
---|---|
rus. Тверской бульвар | |
Müəllif | Çingiz Abdullayev |
Janr | Detektiv |
Orijinalın dili | Rus dili |
Tərcüməçi | Mahir N. Qarayev |
Nəşriyyat | "Qanun" nəşriyyatı, "Əli və Nino" nəşriyyatı |
Nəşr | 2011 |
Səhifə | 264 |
Növ | kitab |
Tiraj | 300 |
Əvvəlki | İngilis bulvarı |
ISBN | ISBN 978-9952-26-240-7 |
Kseniya Morjikova - bu ad "İngilis bulvarı" romanından artıq oxuculara tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar.
Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir.
Nə baş verdiyini heç kimə aydın deyil. Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideynlərinə zəng vurub, onlardan heç nə tələb etmirlər.
Ortaya müxtəlif suallar çıxır: bəlkə bu, manyak qatilin törətdiyi qətldir? Lakin meyit aşkar edilməyib. Bəlkə bu, macəra eşqində olan bir yeniyetmənin evdən qaçışıdır? Amma ağıllı, istedadlı oğlan indiyədək heç vaxt bu cür sərbəst hərəkətlərə yol verməyib.
Suallar getdikcə çoxalır, konkret cavab isə yoxdur və belə görünür ki, həqiqəti üzə çıxarmaq heç də asan olmaycaq.
Xəbərdarlığın sonu