Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir.[1]
Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır.
Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.