Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi.
Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi.
Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur[1]. Bar və Ulsin şəhərləri ilə Primoryenin bu hissəsi Monteneqro-Türk müharibəsi (1876-1878) nəticəsində Monteneqroya birləşdirilir.
1809-1815-ci illərdə İlliriy əyalətlərinin bir hissəsi olur. Belə ki bölgə Birinci imperiya tərəfindən işğal olunur. Sonra Habsburg imperiyasına daxil edilir - Dalmatiya Krallığının bir hissəsi olaraq.
1918-ci ildə yeni qurulan Sloven, Xorvat və Serb Dövlətində daxil olunur. Dövlət ləğv edildikdən sonra eyni ildə Yuqoslaviyaya birləşdirilir. 1918-1922-ci illərdə Dalmatiya əyalətinin bir hissəsi olur, 1922-1929-cu illərdə tarixi Monteneqronun qalan torpaqları ilə birlikdə Zeta bölgəsinə, 1929-1941-ci illərdə isə Zeta banovinasına daxil edilir. 15 aprel 1979-cu ildə Monteneqronun bu hissəsində 9 bal gücündə zəlzələ baş verir[2].
Monteneqronun bu hissəsinin əhalisi böyük qismi monteneqrolulardır. Serb Pravoslav Kilsəsinin üzvləridirlər. Əksəriyyəti serb dilində danışır.
millət | say (nəf.) |
% ümumi əhaliyə görə |
---|---|---|
Ümumi | 142 507 | 100,00% |
Monteneqrolular | 57401 | 41.37% |
Serblər | 45483 | 33.06% |
Albanlar | 16591 | 12.06% |
Xorvatlar | 4951 | 3.60% |
digərləri | 8280 | 6.02% |
qeyd etməyənlər | 9801 | 7.13% |
Bölgə iqlim baxımından Aralıq dənizi iqlim tipinə xasdır. Kotor şəhəri Kotorun Təbii və Mədəni-Tarixi bölgəsi adlandırılan Dünya İrsi siyahısına daxil edilmişdir.
Bölgəyə hazır ki bələdiyələr daxildir:
Год. 1499. припојена је била Црна Гора скадарском санџакату. Али, год. 1514. одвојио је султан поново и поставио јој за управника, као санџак-бега, потурченог Станишу, односно Скендер-бега Црнојевића.