Kotor körfəzi

Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır.

Kotor körfəzi
mont. Boka kotorska
Kotor körfəzindən mənzərə
Kotor körfəzindən mənzərə
Ümumi məlumatlar
Sahəsi 87 km²
Həcmi 2.4 mrd
Dərin yeri 60 m
Orta dərinliyi 27.3[1]
Yerləşməsi
42°26′00″ şm. e. 18°38′00″ ş. u.HGYO
Ölkə  Monteneqro
Kotor körfəzi xəritədə
Kotor körfəzi
Kotor körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir.

Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.)

Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır. Buradakı ən qədim yaşayış məntəqəsi e.ə. III əsrdə İlliriya adı ilə qurulan, daha sonra Roma hakimiyyətinə düşən Risan şəhəridir. Körfəzin ətrafında Roma dövründən qalma bir çox yaşayış məntəqəsinin qalıqları vardır. Körfəzin girişində 1382-ci ildə qurulan və sonradan Osmanlı, İspaniya, Venesiya, Rusiya, FransaAvstriya işğalı altında qalmış Herseqnovi yerləşir. Herseqnovinin şərqində qədim dövrlərə aid xəzinənin qorunduğu Savina monastırı (1030) yerləşir. Orta əsrlərdə Kotor qəsəbəsi və ötəki limanlardan əldə ədilən gəmilərlə bir “Körfəz (Boka) Donanması” yaradılmışdır; əvvəlcə bu donanmanın məqsədi ticarət olsa da XIX əsrdə quldurlara qarşı və müharibələrdə istifadə olunmuşdur.

Avropanın ən turistik yerlərindən biridir. Balıqçılıqla geniş məğul olunur. Başlıca limanları Tivat, Risan, Prçanj və Kotordur.

  1. D Magaš. Natural-Geographic Characteristics of the Boka Kotosdka Area As the Basis of Development. Geoadria Vol. 7 No. 1, Croatian Geographical Society and University of Zadar Department of Geography, Zadar, 2002, pp. 53.