Primula carniolica (lat. Primula carniolica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. Sloveniya üçün endemikdir.
Primula carniolica | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Primula carniolica |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
3–12 santimetr (1.2–4.7 düym) hündürlüyünə qədər böyüyür və gövdəsi əsasən 1–4 santimetr (0.39–1.57 düym) genişliyində olur. Kökləri, gövdəsi və yarpaqları parlaq yaşıl rəngdə, ətlidir və fəsilənin digər nümayəndələrində görünən örtüyə malik deyil. Çiçəklər 20-25 mm enində və açıq-qırmızı, gül rəngi və ya bənövşəyi rəngindədir. Bitki çiçəkləri aprel-may ayları arasında çiçəkləyir.
Bitkinin yayıldığı ərazi Sloveniyanın 5,000 km2 (1,900 mil2) sahəsi ilə məhdudlaşır. Bitki şimala baxan nəm Əhəng daşı qayalarında, 900-1000 m hündürlüyündəki çəmənlik və yarğanlarda bitir.
Bu, 1922-ci ildən bəri Sloveniyada qorunan bir növdür və çiçəkləri dərmək qadağandır. Primula carniolica nadir hallarda becərilir.