Soyuq novruzçiçəyi (lat. Primula algida) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Soyuq novruzçiçəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Soyuq novruzçiçəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür. Çiçək qrupu başcıqdır, 3-25 çiçəkli, sıxdır. Kasacığı 5-10 mm uzunluğunda, zəngşəkilli, 5 damarlıdır. Qutucuğu uzunsovdur. Toxumları düzgün olmayan yumurtavri, tünd-qonur, 0,5-0,8 mm uzunluqdadır.
Çiçəkləmə aprel-iyun, meyvəverməsi may-iyun aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir.
Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi.
Antropogen təsirlər nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Yay otlaqlarının sistemsiz və həddindən artıq otarılması. Xüsusi mühitə tələbkarlıq və dəyişən iqlim amillərinə həssaslıq.
Milli park və qoruqların ərazisindəki areallarının nəzarətə götürülməsi. Mühafizə tədbirləri lazımi qaydada aparılsa, təbii bərpa yolu ilə qısa müddətdə vəziyyət müsbətə doğru dəyişə bilər.