İrikasacıq novruzçiçəyi (lat. Primula macrocalyx) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü.
İrikasacıq novruzçiçəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İrikasacıq novruzçiçəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Lower Risk - LR [b - Near Threatened - NT]
Orta dağ qurşağından başlayaraq Ardıcdağ, Küküdağ, Aracıqdağ və Zəngəzur silsiləsinin subalp qurşağının meşə talalarında, kolluqlarda və çəmənlərdə tək-tək və ya kiçik talalar şəklində rast gəlinir.
Meşə talaları, kolluq və çəmənlərdir.
Məhdud sahələrdə rast gəldiyindən ehtiyatı azdır.
Toxumladır.
Çoxillik bitkidir, gövdəsinin hündürlüyü 15-35 sm-ə çatır, çəpinə kökümsovu və çoxsaylı yoğun ağ məftilvarı kökləri vardır. Bütün bitki zəif inkişaf etmiş kiçik tükcüklərlə örtülmüşdür. Yarpaqları yumurtavari, yaxud yumurtavari-uzunsovdur, qırışlıdır, yuxarı hissədə dəyirmidir, kütdür, kənarları aydın olmayan xırda dişciklidir, tədricən qanadlı və dişcikli saplağa doğru daralır, uzunluğu yarpaq ayasına bərabərdir. Yarpaq ayası 3-21 sm uzunluqda, 2-8 sm enindədir. Çiçək qrupu 3-16 çiçəklidir. Meyvə yetişən zaman yuxarıya dartılmış və uzanandır. Kasacığı çiçəkləmə dövründə enli zəngşəkillidir, şişkindir və solğun yaşıldır, 10–20 mm uzunluqdadır, 5 qabırğalı və 5 iti oval-üçbucaqlı dişciklidir, kasacığın uzunluğunun 1/3-nə bərabərdir. Tacı borulu olub solğundur, kasacığa bərabərdir, yaxud ondan uzundur və əyilmiş parlaq sarı çıxıntılıdır və 12 mm diametrindədir. Qutucuğu enli ovalşəkillidir, kasacıqdan 2 dəfə qısadır. Toxumu yumurtavaridir, aydın seçilməyən budaqlı qabırğalıdır, bütün səthi nöqtəli təpəciklidir, tamamilə qaradır, 1-1,5 mm uzunluqdadır. Aprel-iyun aylarında çiçəkləyir və may-iyun aylarında meyvə verir. Əhali tərəfindən dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplanılır. Bəzək və dərman bitkisidir. Mezofitdir. Mərkəzi Asiya coğrafi areal tipinə daxildir.
Növ sayının və populyasiyalarının az olmasına səbəb ekoloji və antropogen amillərin məhdudlaşdırıcı təsiridir. Əhali onu dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplayır.
Məlumat yoxdur.
Naxçıvan MR-in Qırmızı Kitabına yeni daxil edildiyindən mühafizə tədbirləri hazırlanmamışdır.
Populyasiyları nisbətən təhdid altında olduğundan, təhlükə altına düşə bilən növ kimi akad. Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı əsas sahələr xüsusi nəzarət altına alınmaqla mühafizə olunmalıdır.