Primula woronowii

Voronov novruzçiçəyi (lat. Primula woronowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü.

Voronov novruzçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 10 sm-ə qədər olan bitkidir. Yarpaqları tərsyumurtavari, kənarları kəsik dişli, yarıdan aşağı hissədə qısa saplağa tədricən daralmış, üst hissədən xırda və seyrək tükcüklü, alt hissədən əsasən damar boyunca sıx tükcüklüdür. Çiçəkləri çiçəkləmə dövründə yarpaq rozetləri üzərindən xeyli yüksəlirlər, çəhrayı, ağ, nadir hallarda daha tünd rəngli, diametri 2,5-2,7 sm; büküşü yastı, payları tərsyumurtavari, uzunluğu 1-1,3 sm, eni 1 sm-dir. Çiçəkaltlığı çox xırdadır. Çiçəksaplağı düz, 5-7 sm uzunluqda, sıx tüklüdür.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ meşələrində, kolluqların arasında bitir.