Prissilla katakombası

Prissilla katakombaları (it. Catacombe di Priscilla) — Romada II–IV əsrlərə aid ən qədim xristian yeraltı katakomba dəfnlərindən biri. İki mərtəbədən ibarətdir.

Qəbiristanlıq
Prissilla katakombası
Catacombe di Priscilla[1]
Ölkə
Yerləşdiyi yer Roma[1]
41°55′46″ şm. e. 12°30′31″ ş. u.
Prissilla katakombası xəritədə
Prissilla katakombası
Prissilla katakombası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu katakombalar konsul Akviliya Qlabrinin ailəsinin dəfn yerində yaranmışdır. B.e. I əsrində bu ailə geniş torpaqlara sahib idi. Bu ailənin nümayəndələrindən biri Prissilla imperator Domisianın əmri ilə edam edilmişdir. İçərisində yunan dilində yazılar aşkar edildiyinə görə adlandırılmış "Yunan kilsəsi"ndə bayram səhnəsi təsvir edilmişdir. Bu ibadətgahda erkən xristian incəsənətinin nümunələri, o cümlədən II əsrə aid, İsaMəryəmin ən qədim təsviri qorunub saxlanılmışdır.[2]

  1. 1 2 3 4 http://www.catacombepriscilla.com/visita_catacomba.html.
  2. Henze, Anton. Kunstführer Rom. Stuttgart: Reclam. 1994. ISBN 3-15-010402-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]