Protestant etikası və kapitalizm ruhu

"Protestant etikası və kapitalizm ruhu" (alm. Die protestantische Ethik und der «Geist» des Kapitalismus‎)) — alman sosioloqu və iqtisadçısı Maks Veberin 1905-ci ildə yazdığı əsərdir.

Əsərdə kapitalist sisteminin yaranması Reformasiya hərəkatı ilə, xristianlıqda Protestantizmin meydana gəlməsi və onun əmək və sahibkarlığa dair məxsusi münasibəti ilə əlaqələndirilir. Alman iqtisadçının fikrincə protestant dini-etik kompleksi zəhmətkeşlik, ehtiyatlılıq və qənaətcillik və ümumilikdə rasional iqtisadi təfəkkürün formalaşmasını təmin etmişdir. Maks Veber kapital sahibləri və sahibkarlar arasında protestantların mütləq çoxluq təşkil etdiini qeyd etmişdir.

Kitab 2 hissədən və 5 başlıqdan ibarətdir:

  1. Problemin qoyuluşu (3 başlıqdan ibarət ilkin iradlar);
  2. Asketik protestantlığın peşəkar etikası (2 başlıq).

Polşalı iqtisadçı-tarixçi Henrik Qrossman Veberin əsərini iki cəhət üzrə tənqid etmişdir[1]. Birincisi, Qrossman Marksın əsərlərinə istinadən, İngiltərədə icma torpaqlarının zəbt edilməsi ilə bağlı sərt hüquqi kriteriyaları qeyd edirdi. İkinci isə Qrossman həmin "qanlı qanunlar"ın bütün Avropada, xüsusilə də Fransada tətbiq edildiyini yazırdı. Qrossmanin fikrincə, onlar işsizliyi qanunsuz olan etmişdirlər və onlar tərəfindən yaradılmış müəssisələr xalqı təhkimlilikdən xilas edərək azad işçi qüvvəsinə çevirdi. Bu mühüm faktın protestantizmlə əlaqəsi yoxdur, burdan belə nəticə çıxır ki, kapitalizmin yaranması və inkişafı əsəsən digər faktorla bağlıdır. Bununla da Qrossman Veberin qarşılaşdığı aşağıdakı çətinliyi həll etmiş oldu: 

Neçə oldu ki, bu qədər insan çox tez müddətdə kapitalist manifakturaları cəlb edildirlər.

Digər tərəfdən, bu yaxınları göstərildi ki, protestantlıq həqiqətən müvafiq sosial sistemlərin modifikasiya edilkməsində müsbət rol oynanışdır. Lakin bu rol, Veberin dediyi kimi, "protestant etikası" ilə deyil, daha çox savadlılıq səviyyəsinin artması ilə bağlı idi.

  1. Henryk Grossman. "The Beginnings of Capitalism and the New Mass Morality" (ingilis). Journal of Classical Sociology, Vol. 6, No. 2, 201-213 (2006). 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]