Proto Cənubi Qafqaz dili

Kartveli dilləri şəcərəsi

Proto-Cənubi Qafqaz dili və ya Proto Kartveli dili (gürcücə: წინარექართველური ენა, ts'inarekartveluri ena) müasir Cənubi Qafqaz xalqlarının əcdadlarının danışdığı Cənubi Qafqaz dilinin müştərək atasının linqvistik baxımından yenidən yaradılmış dilidir. Bu dilin mövcudluğu mövcud Cənubi Qafqaz dillərini bir-biri ilə müqayisə edərək dilin geniş konturunu yenidən quran linqvistiklər tərəfindən geniş şəkildə qəbul edilir. Linqvistiklər Gerhard Diters və Georgi Klimov proto-Cənubi Qafqaz və Cənubi Qafqaz dilləri arasında Proto-Karto-Zan və ya Proto-Gürcü-Zan adlı proto-dil olduğunu düşünürlər.

Qarşılıqlı təsirlər

[redaktə | mənbəni redaktə et]

Proto-Cənubi Qafqaz dillərinin səs dəyişmə qanunauyğunluqları Hind-Avropa dillərinə çox bənzəyir və buna görə də proto-Cənubi Qafqaz dillərinin Hind-Avropa dilləri ilə nisbətən erkən dövrlərdə qarşılıqlı əlaqədə olduğu düşünülür. Bu əlaqə Hind-Avropa dillərindən proto-Cənubi Qafqaz dillərinə keçən sözlərlə möhkəmlənir. Proto Cənubi Qafqaz dillərində “döş” mənasını verən *Mḳerd sözünün proto Hind-Avropa dillərində “ürək” mənasını verən *ḱerd sözü ilə əlaqəli olduğu güman edilir. Bundan əlavə, proto-Cənubi Qafqaz dillərində “isti” mənasını verən *ṭep- sözünün də birbaşa olaraq proto-hind-Avropa dillərində tamamilə eyni mənaya gələn *tep sözündən alınmış ola bilər.

Proto-Cənubi Qafqaz dilində şərab mənasını verən *ɣwino kökünün ümumiyyətlə ya proto-hind-Avropa dilindən, ya da proto-erməni dilindən (*ɣʷeinyo-) götürülməklə yarandığı güman edilir. Digər tərəfdən, bəzi alimlərin fikrincə, bu söz “əymək” mənasını verən və proto kartveli dilinə mənsub olan *ɣun- kökündən təkamül edərək yaranmışdır.

Varisləri ilə münasibətləri

[redaktə | mənbəni redaktə et]

Proto-Cənubi Qafqaz dillərinin müasir varisləri Gürcü, svan, minqrel və laz dilləridir. Bu dillərdən minqrel və laz dilləri ümumiyyətlə vahid dilin dialektləri hesab edilir və zan dili adlandırılır. Svan dilinin proto-Cənubi Qafqaz dilindən eramızdan əvvəl XIX əsrdən etibarən fərqlənməyə başladığı güman edilir. Buna görə gürcü və zan dilləri Svan dilindən ayrı olaraq Karto-Zan dilləri adlanan qrupda təsnif edilir və bu dillərin mənşəyi başqa bir proto dil olan Proto Karto-Zana əsaslanır. Güman edilir ki, gürcü və zan dillərinin diferensiasiyası eramızdan əvvəl VII əsrdə baş vermişdir.

Proto-Cənubi Qafqaz dillərindəki səs dəyişmə qanunauyğunluqları gürcü və xüsusən də svan dilində, minqrel və ya laz dillərinə görə daha yaxşı hifz edilib saxlanılmışdır.