Protura

Bığcıqsızlar -(lat. Protura) Altıayaqlılar yarımtipinin Gizliçənəlilər sinfinə aid olan dəstə.

Bığcıqsızlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bığcıqsızlar
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Çox kiçik ölçüləri (0,5-2,0 m) və qurdşəkilli çevik bədəni ilə fərqlənir. Başında bığcıqlar və göz yoxdur. Ağız orqanları deşici-sorucu, zəif, fırçaşəkilli olub, baş kapsulunun içərisinə çəkilmişdir. Döş ayaqları bütövlükdə qısa və ya caynaqlıdır, ancaq qabaq ayaqları qalanlarından xeyli uzundur. Qarıncığın ilk üç seqmentində ayaq çıxıntıları vardır. İnkişafı anamorfozdur, yumurtadan 8 buğumlu qarıncığı olan sürfə çıxır, qabıqqoyma prosesində daha üç seqment əldə edir. Bu cücülərdə başın yanlarında xüsusi orqan – «yalançı gözcüklər» vardır. Görünür, bunlar rütubətin dəyişməsini və havanın vibrasiyasını qavramağa xidmət edir. Tənəffüs orqanları müxtəlifdir. Bir çoxları bədənin bütün səthi ilə, ya da traxeyalarla nəfəs alır. İlkinqanadsızlar arasında bığcıqsızlar dəstəsi bütövlükdə zəif öyrənilmişdir.[2]

Onlar torpaqda, döşənəkdə, nəm yerlərdə yaşayırlar.[2]

Dünya faunasında 220-yə yaxın, MDB-də 1 növü məlumdur. Avrasiyada yaşayan 90-a yaxın növü məlumdur. Azərbaycanda Eusentomon transitorum Berl. növü torpaqda, meşə döşənəyində, çürüyən kötüklərdə, mamırda yaşayır. Kütləvi yığınlarına nadir hallarda rast gəlmək olur (Bey-Biyenko, 1980).

  1. Integrated Taxonomic Information System (ing.). 2008.
  2. 1 2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004