MDB

Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır.

Müstəqil Dövlətlər Birliyi
MDB

azərb. Müstəqil Dövlətlər Birliyi
erm. Անկախ Պետությունների Համագործակցություն
belar. Садружнасць Незалежных Дзяржаў
qaz. Тәуелсіз Мемлекеттер Достастығы
qırğ. Көзкарандысыз мамлекеттердин шериктештиги
mold. Comunitatea Statelor Independente
rus. Содружество Независимых Государств
tac. Иттиҳоди Давлатҳои Мустақил
türkm. Garaşsyz Döwletleriň Arkalaşygy

özb. Mustaqil Davlatlar Hamdo'stligi
Loqonun şəkli
Növü Regional
Yaranma tarixi 8 dekabr 1991
Rəsmi dili rus dili
Mərkəzi Minsk
Qurucusu
Sədr Sergey Lebedyev
www.cisstat.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
MDB ölkələri
Poçt markası (2001).
Poçt markası (2011).

İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, UkraynaBelarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.

Ukrayna 2014-cü ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Nizamnaməsi

1993-cü ildə, MDB-nin Nizamnaməsi qəbul edilmişdir. Nizamnamədə dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır:

  • İnsan hüquq və azadlıqlarının təmin olunması;
  • Xarici siyasət fəlaiyyətinin əlaqələndirlməsi;
  • Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;
  • Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;
  • Sosial və immiqrasiya siyasəti məsələləri;
  • Mütəşəkkil cinayətkarlıqla mübarizə;
  • Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

MDB-nin Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi üzvlərin birgə razılığı ilə əldə edilir.

Üzv dövlətlər
Dövlətlər Qoşulmaq haqqında razılıq Nizamnamənin təsdiqlənməsi Qeydlər
Azərbaycan Azərbaycan 24 sentyabr 1993 24 sentyabr 1993
Belarus Belarus 10 dekabr 1991 18 yanvar 1994 Qurucu dövlət
Ermənistan Ermənistan 18 fevral 1992 16 mart 1994 Qurucu dövlət
Qazaxıstan Qazaxıstan 23 dekabr 1991 20 aprel 1994 Qurucu dövlət
Qırğızıstan Qırğızıstan 6 mart 1992 12 aprel 1994 Qurucu dövlət
Moldova Moldova 8 aprel 1994 15 aprel 1994
Özbəkistan Özbəkistan 4 yanvar 1992 9 fevral 1994 Qurucu dövlət
Rusiya Rusiya 12 dekabr 1991 20 iyul 1993 Qurucu dövlət
Tacikistan Tacikistan 26 iyun 1993 4 avqust 1993
Əlaqəli dövlətlər
Türkmənistan Türkmənistan 26 dekabr 1991 Təsdiqləməyib Qurucu dövlət. 2005-ci ildən əlaqəli dövlət.
Keçmiş üzv dövlətlər
Ölkə Qoşulmaq haqqında razılıq Nizam­namənin təsdiq­lənməsi Çəkilmə Qüvvəyə minməsi Qeydlər
Ukrayna Ukrayna 10 Dekabr 1991 Təsdiq­ləməyib 2014 2014
Gürcüstan Gürcüstan 3 Dekabr 1993 19 Aprel 1994 18 Avqust 2008 18 Avqust 2009

Müstəqil Dövlətlər Birliyinin strukturu

[redaktə | mənbəni redaktə et]
MDB-nin Nizamnamə orqanları:
  • Dövlət başçıları şurası;
  • Hökumət başçıları şurası;
  • Xarici işlər nazirləri şurası;
  • Müdafiə nazirləri şurası;
  • Sərhəd qoşunları komandanları şurası;
  • Parlamentlərarası Assambleya;
  • İqtisadi Məhkəmə
MDB-nin İcraçı orqanları:
  • İqtisadi şura;
  • Birliyin üzv dövlətlərinin daimi səlahiyyətli nümayəndələrinin Şurası;
  • İcraçı komitə.
MDB sahələrarası əməkdaşlıq orqanları:
  • Anti-terror Mərkəzi;
  • Dövlətlərarası Bank;
  • Dövlətlərarası statistika komitəsi;
  • Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə dövlətlərarası şura;
  • Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə dövlətlərarası şura;
  • Anti-inhisar siyasəti üzrə dövlətlərarası şura;
  • Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə məşvərətçi şura;
  • Rabitə sahəsində məlumatlandırma üzrə dövlətlərin əlaqələndirmə şurası;
  • Elektro-enetji şurası;
  • Aviasiya və hava məkanının istifadə edilməsi üzrə dövlətlərarası şura;
  • Birliyin üzv ölkələrinin statistik xidmətlərinin rəhbərləri şurası;
  • Birliyin gömrük xidmətlərinin rəhbərləri şurası və s.

Dövlət başçıları şurası

[redaktə | mənbəni redaktə et]

MDB-nin ali orqanıdır. Burada bütün dövlətlər yüksək səviyyədə təmsil olunurlar və birliyin ən vacib məsələləri müzakirə olunur. Şura ildə iki dəfə görüş keçirir. Hər-hansı bir dövlətin təşəbbüsü ilə növbədənkənar iclaslar çağrıla bilər. Dövlət başçıları şurası, aşağıdakı məsələlərə dair qərarlar qəbul edir: MDB-nin nizamnaməsində dəyişikliklər edilməsi, birliyin yeni orqanlarının yaradılması, MDB sturukturunun optimallaşdırılması, orqanların fəaliyyətinin təkmilləşdirilməsi, MDB orqanlarının fəaliyyəti haqqında hesabatların dinlənilməsi, orqanlara rəhbərlərin təyin edilməsi və s. Dövlət başçılarının şurasının qərarları ümumi həmrəylik - konsensus yolu ilə qəbul edilir. Hər hansı bir dövlət, hər hansı bir məsələdə maraqlı olmadığını qeyd edə bilər və bu qərarların qəbul edilməsinə təsir etməyəcək. Birlik çərçivəsində dövlətlərarası əlaqələrin əsas hüquqi bazası kimi, üzv dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr çıxış edir. MDB orqanlarına sədrlik, 1999-cu ildən etibarən hər üzv dövlət tərəfindən növbə ilə həyata keçrilir (maksimum 1 il müddətinə). Sədrdən əvvəlki sədr və sonrakı sədr onun müavinləri qismində çıxış edir.

Hökumət başçıları şurası

[redaktə | mənbəni redaktə et]

bu orqan üzv dövlətlərin icraedici hakimiyyətinin orqanlarının iqtisadi, sosial və digər qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlığını əlaqələndirir. Hökumət başçıları şurası, ildə 4 dəfə iclas keçirir. Növbədənkənar iclaslar da istisna deyildir. Burada da qərarlar, konsensus yolu ilə qəbul edilir. Dövlət başçıları şurası və hökumət başçıları şurası birgə iclaslar keçirə bilər. Bu orqanların iş rejimi prosedur qaydalarında göstərilmişdir. Hər iki şuranın iclasları bir qayda olaraq Minks şəhərində keçirilir. Hər iki şura həm daimi, həm də müvəqqəti əsasda işçi və köməkçi orqanlar yarada bilərlər. Bu orqanların fəaliyyətində, üzv dövlətlərin nümayəndələri iştirak edir. Onların fəaliyyətinə ekspert və müşavirlər də cəlb edilə bilər. Hökumət başçıları şurası aşağıdakı məsələlərə dair qərarlar qəbul edir: dövlət başçıları şurasının tapşırıqlarının həyata keçirilməsi, İqtisadi birliyin yaradılması haqqında müqavilədə qeyd olunmuş şərtlərin həyata keçirilməsi, sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmiş birgə proqramların qəbul edilməsi, nəqliyyat, rabitə və enerji sistemlərinin inkişafı, tarif, maliyyə-kredit və vergi siyasətində əməkdaşlıq, elmi-texnoloji məkanın yaradılmasına yönəldilmiş mexanizmlərin işlənib hazırlanması, birliyin yeni orqanlarının yaradılması, birliyin orqanlarının fəaliyyətinin maliyyə təminatı və s.

Xarici işlər nazirləri şurası

[redaktə | mənbəni redaktə et]

bu orqan dövlət başçıları şurası və hökumət başçıları şurasının qərarları əsasında, üzv dövlətlərin xarici siyasət fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir, buraya həmçinin, bu dövlətlərin beynəlxalq təşkilatlarda iştirakı da daxildir. Şura, dünya siyasətində ümumi maraq kəsb edən məsələlər üzrə məşvərətlər təşkil edir. Xarici işlər nazirləri şurası, dövlət başçıları şurası tərəfindən 1993-cü il sentyabr ayının 24-də təsis edilmişdir. 1999-cu ilin aprelində qəbul edilmiş qərara görə, Xarici işlər nazirləri şurası yuxarıdakı orqanların iclasları olmayan zaman əsas icraedici orqan hesab edilir və onların tapşırığı ilə qərarlar qəbul edir. Xarici işlər nazirləri şurasının əsas vəzifələri: dövlət və hökumət başçılarının şuralarının qərarlarının yerinə yetirilməsini təşkil etmək, birliyin üzv dövlətlərinə öz xarici siyasətlərini həyata keçirməkdə yardım olmaq, diplomatik xidmətlərin qarşılıqlı əlaqələrinə kömək etmək, birliyin üzv ölkələrinin humanitar və hüquqi əməkdaşlığının inkişafına yardım olmaq, birlikdə sülh və stabilliyin yaranmasına, mübahisələrin və münaqişələrin sülh yolu ilə həll olunması yollarının axtarılması, dostluq, mehriban qonşuluq və qarşılıqlı beynəlxalq əməkdaşlığa yardım və s.

Əlaqələndirici-məşvərətçi komitə

[redaktə | mənbəni redaktə et]

birliyin daimi əsasda fəaliyyət göstərən icraedici və əlaqələndirici orqanıdır. Komitə, birlik çərçivəsində əməkdaşlıq məsələləri üzrə təkliflər işləyib hazırlayır və daxil edir, sosial-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yardım edir, iqtisadi əlaqələrin konkret istiqamətləri üzrə razılaşmaların həyata keçrilməsinə yardım edir, yuxarıda adları çəkilən orqanların iclaslarına təqdim edilmək üçün sənədlərin layhələrini hazırlayan ekspert və nümayəndələrin görüşlərini təşkil edir, birliyin digər orqanlarının fəaliyyətinə yardım edir. Komitə hər üzv ölkədən iki nəfər olmaqla, daimi səlahiyyətli nümayəndələrdən və kordinatordan ibarətdir.

Müdafiə nazirləri şurası və Birləşmiş Silahlı Qüvvələrin baş komandanlığı

[redaktə | mənbəni redaktə et]

Müdafiə nazirləri şurası, dövlət başçıları şurasının hərbi siyasət və hərbi quruculuq məsələləri üzrə köməkçi orqandır. Birləşmiş Silahlı qüvvələrin baş komandanlığı, birləşmiş silahlı qüvvələr üzərində və eləcə də hərbi müşahidəçilər, birlikdə sülhün qorunması üzrə kollektiv qüvvələr üzərində nəzarəti həyata keçirir. Müdafiə nazirləri şurası, 1992-ci il fevral ayının 14-də təsdiq edilmişdir. Bu orqana Ermənistan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və 1993-cü ildən isə Qırğızıstan qoşulmuşdur. 1994-cü ildə, Müdafiə nazirləri şurası haqqında yeni sənəd qəbul olunmuşdur və bura Azərbaycan, BelarusGürcüstan da qoşulmuşdur. 2000-ci ildə isə, Gürcüstan bu orqanda olan fəaliyyətini dayandırmışdır. Hazırda Müdafiə nazirləri şurasının üzvü deyildir: Gürcüstan, Moldova, Türkmənistan, Ukrayna.

Sərhəd qoşunları komandanlığı şurası

[redaktə | mənbəni redaktə et]

Bu orqan dövlət başçıları şurasının qərarı ilə 1992-ci ildə yaradılmışdır və Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan bu quruma üzv olmuşlar. Bu orqan, üzv dövlətlərin xarici sərhədlərinin müdafiəsi və bu sərhəflərdə stabilliyin təmin olunması məsələlərini tənzimləyir.

İqtisadi məhkəmə

[redaktə | mənbəni redaktə et]

birlik çərçivəsində iqtisadi öhdəliklərinin həyata keçriliməsini təmin etmək məqsədilə fəaliyyət göstərir. İqtisadi məhkəmə, iqtisadi öhdəliklərin yerinə yetrilməsi zamanı yaranan mübahisələri həll edir. Məhkəmə, digər mübahisələri araşdıra bilər. Məhkəmə Minsk şəhərində yerləşir. 1992-ci ildə qəbul olunmuş məhkəmənin statusu haqqında razılaşmada, məhkəmənin səlahiyyətləri, quruluşu və fəaliyyəti göstərilmişdir. İqtisadi məhkəmə, aşağıdakı dövlətlərarası iqtisadi mübahisələri nizamlayır:

  • Dövlət başçıları şurası, hökumət başçıları şurası və digər institutların qərarlarında nəzərdə tutulmuş iqtisadi öhdəliklərin həyata keçirilməsi zamanı yaranan münaqişələr;
  • Müqavilələrin yerinə yetrilməsi zamanı ortaya çıxan mübahisələr və s.

Mübahisələrə üzv dövlətlərdən biri tərəfindən ərizə daxil olduqdan sonra baxılır. Tərəflər yalnız üzv dövlətlər ola bilər. 2004-cü ildə, Avrasiya İB və MDB arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, İqtisadi Məhkəmə həm də, Avrasiya İB-nin Məhkəməsi funksiyasını yerinə yetirir. Məhkəmədə hər ölkədən bir hakim təmsil edilir. Hakimlərin fəaliyyət müddəti 10 ildir. İqtisadi Məhkəmənin Plenumu - onun ali kolleqial orqanıdır. Məhkəmənin üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistandır. Buna görə də hakimlər, məhz bu ölkələrdən təmsil olunurlar.

İnsan hüquqları komissiyası

[redaktə | mənbəni redaktə et]

birliyin məşvərətçi orqanıdır və insan hüquqları üzrə öhdəliklərin yerinə yetrilməsinə nəzarət edir. Komissiyada hər dövlətdən nümayəndələr iştirak edir.

Parlamentlərarası Assambleya

[redaktə | mənbəni redaktə et]

bu orqan parlamentlərarası məşvərətlər keçirir, birlik çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edir, milli parlamentlərin fəaliyyəti sahəsində birgə təkliflər işləyib hazırlayır. Parlamentlərarası assambleya, parlament nümayəndəliklərindən ibarətdir. Assambleyanın fəaliyyətini, Assambleya Şurası təşkil edir. PA, Sankt-Peterburq şəhərində yerləşir, 1992-ci ildə yaranmışdır. Bu quruma ilk üzv olan dövlətlər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan idilər. Assambleya qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlərin müzakirəsi, layihə və sənədlərin baxılması üçün məşvərətçi struktur kimi yaradılmışdır. 1993-1995-ci illərdə, Parlamentlərarası Assambleyaya Azərbaycan, Gürcüstan, Moldova üzv olmuşlar. 1999-cu ildə Ukrayna bu quruma üzv olmuşdur. 1995-ci ildə, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Parlamentlərarası Assambleya haqqında Konvensiya imzaladılar. 1997-ci ildə, konvensiyaya Moldova da qoşulmuşdur. Bu konvensiyaya əsasən, Parlamentlərarası Assambleya dövlətlərarası orqan kimi tanınmışdır. Assambleyada ən çox müzakirə olunan məsələlərdən biri MDB dövlətlərinin milli qanunvericiliklərinin yaxınlaşdırılmasıdır. MDB PA, BMTATƏT-lə birgə regional münaqişələrin sülh yolu ilə həlli prosesində də iştirak edir: Dağlıq Qarabaq münaqişəsi, Dnestryanı münaqişə, Abxaziya və s. Məhz MDB PA nəticəsində, 1994-cü ildə Bişkek protokolu imzalanmışdır ki, bu protokola görə Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmuşdur. 1999-cu ildə, MDB PA Şimali Qafqazda - Çeçenistan, İnquşetiya, Dağıstanda işləmişdir və antiterror əməliyyatlarına dair məlumatlar toplamışdır. MDB PA, digər beynəlxalq parlament təşkilatları ilə də əlaqələr qurur. Bu əlaqələr hüquqi baza ilə möhkəmlənir: Məsələn, 1997-ci ildə, MDB PA və Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında, 1998-ci ildə isə MDB PA və ATƏT PA arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Həmçinin, analoji müqavilələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA, Mərkəzi Amerika Parlamenti ilə də bağlanmışdır.

MDB-nin işçi dili rus dilidir.

Maliyyələşdirmə:

[redaktə | mənbəni redaktə et]

Birliyin orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi xərcləri, dövlətlərin üzvlük haqları hesabına ödənilir. Üzv dövlətlər, öz nümayəndə heyətlərinin xərclərini özləri ödəməlidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]