Prunus araxina

Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Araz albalısı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Prunus araxina

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür. Bioloji xüsusiyyətlərinə görə keçəli albalı adi albalı kimi asanlıqla gavalı, ərik, alça və şaftalıyla çarpazlaşır.

Soyuğa, rütubətə, günəşə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda yayılmışdır.

Dekorativ bitkidir, bağlarda, parklarda genış şəkildə istifadə olunur.