Prunus armeniaca mandshurica

Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Mancuriya əriyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür. Meyvəsinin diametri 2,5 sm-ə çatan, sarı-narıncı rəngli çəyirdəkmeyvədir. Əsasən qələmlə çoxaldılır. Qələmlərin 75%-i kök atır. 100 ilə qədər yaşayır.

Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir. İstənilən torpaq tiplərində bitir, lakin məhsuldar, drenaj üsulu ilə təmizlənmiş gillicə nəmişli torpaqlarda yaxşı inkişaf edir. Küləyə, çirklənməyə, xəstəlik və zərərvericilərə, qaza davamlıdır, 230C şaxtaya dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Meyvəsi turş, iyli olub, yeyilir. Canlı çəpərlərin salınmasında, kompozisiyalarda gözəl görünür, dekorativ meyvəli bitki kimi istifadə edilir.

  1. The Plant List (ing.). 2010.