Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Xəzər alçası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Xəzər alçası |
||||
Beynəlxalq elmi adı | ||||
|
Rusiyada (Dağıstan) təbii arealı vardır.
Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir.
Azərbaycanın nadir bitkisidir.VU D2.
Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır.
Azərbaycanda dar bir arealı vardır.
Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir. Altdan məxmər və ya keçətüklü olması ilə adi növdən fərqlənir. Saplaqları az tüklüdür. Çiçəklərinin böyüklüyü orta dərəcədədir. Meyvələri sarı, qırmızı və ya qaramtıl, iri və oval şəklində, 20–35 mm diametrindədir. Çəyirdəyi azca çuxur və ya deşikdeşikdir. Aprel ayında çiçək açır, iyul-avqust ayında meyvəsi yetişir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə becərilir.
Xüsusi mühafizə tədbiri görülməmişdir.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.