Prunus divaricata

Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Cır gavalı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Prunus divaricata

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil. Çəyirdəyi lətə bitişik, hamar və ya çıxıntılıdır. Çiçəkləri yarpaqlarından qabaq açılır. Çiçək saplağı adətən çılpaq, 1-2,2 sm uzunluqdadır. Meyvələri asılmış saplaqlarda, dəyirmi, ovalşəkilli, yumurtavarı, uzunsov və ya tərs yumurtavarı, yan tərəfindən zəif şırımlı, sarı-bənövşəyi, qırmızı, diametri 3 sm-dir, çəyirdəyi oval və ya yumurtavarı-ovaldır. Mart-aprel aylarında çiçək açır, iyul-avqust aylarında meyvə verir.

Soyuğa, istiyə davamlıdır. Münbit torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda — Quba rayonunda, Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda yayılmışdır.

Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşə malik olub, tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.