Pseudocerastes urarachnoides

Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşahİlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar[2]. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güclü zəhəri şikarı saniyələr ərzində öldürür[3]. İlanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər. İlanın quyruğunun uzunluğu 55 mm, bədən ölçüsü isə təxminən 531 mm-dir.

Hörümçək quyruqlu gürzə
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hörümçək quyruqlu gürzə
Beynəlxalq elmi adı
  • Pseudocerastes urarachnoides[1]
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. "Weird Animals - Spider-tailed Horned Viper - YouTube". 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.
  3. "Spider tailed horned viper - YouTube". 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]