Kirmanşah ostanı — İranın qərbində ostan. Mərkəzi Kirmanşah şəhəridir. Ostanın ərazisi 24.741 km²-dir.[3] 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.879.385 nəfər əhali yaşayır .[4]
Kirmanşah ostanı | |
---|---|
34°18′ şm. e. 47°04′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 832 |
Vikianbarda əlaqəli mediafayllar |
Ostanın şimali-şərqində - Həmədan ostanı ilə sərhəd ərazidə xeyli sayda azərbaycanlı əhali yaşayır.[6] 2006-cı il siyahıya almasına əsasən Sunqur şəhristanın əhalisi 95,904 nəfərdir. Sunqur şəhərində əhalinin əksəriyyəti azərbaycanlılardan ibarətdir.[7] Onlar sunqur dialektində danışırlar . Bu dialektdə danışan əhali Kirmanşah və Kürdüstan ostanlarında yaşamaqdadır . Sənəndəc (Sənnə) şəhərinin şimalında iki türk kəndinin əhalisi bu dialektdə danışır .[7]