Psixoinformatika

Psixoinformatika — şəxsiyyət və əhvali-ruhiyyə kimi psixoloji xüsusiyyətlər haqqında məlumatları aşkar etmək üçün psixologiya sahəsindən toplanan məlumatların əldə edilməsi, təşkili və sintezi üçün informatikanın əsaslarından istifadə edən, inkişaf etməkdə olan fənlərarası elm sahəsi.[1]

Psixologiya tarixən məlumat toplamaq üçün təcrübələrə və anketlərə əsaslanmışdır. Bu metodlar bir sıra mənfi cəhətlərlə üzləşir. Təcrübələr çox vaxt iştirak etmələri üçün həvəsləndirilməli olan az sayda iştırakçıdan ibarətdir və nisbətən qərəzli ola bilər. Psixoformatika bu problemləri psixoloji ilə əlaqəli "Big Data"nı (məsələn, smartfonlarda və ya sosial media şəbəkələrindəki kommunikasiya) toplamaq və daha sonra müvafiq psixoloji məlumatları seçmək yolu ilə həll edir.[2]

  1. Yarkani, Tal. "Psychoinformatics: New Horizons at the Interface of the Psychological and Computing Sciences". Psychoinformatics: New Horizons at the Interface of the Psychological and Computing Sciences (ingilis). 3 dekabr 2012. 2021-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
  2. Montaq, Kirstiyan; Dük, Ayliş; Markovets, Aleksandr. "Toward Psychoinformatics: Computer Science Meets Psychology". Computational and Mathematical Methods in Medicine (ingilis). 16 may 2016. 2 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.