Psoriaz

Psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.

(Psoriaz)
Kürəyin və əllərin psoriatik zədələnməsi
Kürəyin və əllərin psoriatik zədələnməsi
XBT-10 L40.
XBT-9 696
OMIM 177900
DiseasesDB 10895
MedlinePlus 000434
eMedicine emerg/489 Dermatologiya:derm/365  piləkvari
derm/361 ovuc-ayaqaltı
derm/363 dırnaq
derm/366 pustulyoz (irinli)
psoriatik artrit derm/918
radiologiya radio/578
təbabət pmr/120
MeSH D011565

Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur.

Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması (yeni kiçik kapilyarların inkişaf etməsi, angiogenez nahiyəsində kapilyarların kövrəkliyinin artması /Auşpits əlaməti/) nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların daxili səthlərində olur). Buna baxmayaraq psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa istənilən nahiyədə baş verə bilər. Amma onu da qeyd edək ki, bəzi psoriazlı xəstələrdə vizual olaraq heç bir əlamət aşkar olunmur.

Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal bir zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Nəinki dəri səthi hətta dırnaqlar da prosesə cəlb oluna bilər, bu zaman dırnaqların rəngi saralır, ağarır və ya bozarır (psoriatik onixodistrofiya), ya da tamamilə dırnaq sıradan çıxır (onixolizis). Bundan əlavə psoriatik artropatiya, yəni oynaqların psoriaz mənşəli zədələnməsi xəstələrin 10–15%-də rast gəlinir. Psoriatik spondilit zamanı isə prosesə fəqərələr də cəlb olunur.

Psoriazın təsnifatı

[redaktə | mənbəni redaktə et]
  • Vulqar və ya sadə psoriaz (psoriasis vulgaris)
  • Pustular psoriaz (pustular psoriasis)
  • Damcıyabənzər və nöqtəli psoriaz (guttate psoriasis)
  • Bükülən səthlərin psoriazı (fleksural psoriasis)

İndiyə kimi xəstəliyin yaranma səbəbi müəyyən olunmayıb. Lakin belə güman edirlər ki, xəstəliyin yaranmasında genetik faktor vardır. Psoriaz xəstəliyinə meyilliliyi müəyyən edən 9 gen lokusu (PSORS1 — PSORS9) aşkar edilmişdir. Bununla belə psoriazın dərinin daha çox qıcıqlanmaya, təzyiqə, sürtünməyə məruz qaldığı zonalarında baş verməsi inkar edilmir. Xüsusilə, sabun, yuyucu toz, spirtli məhlullar, ətirlər, kimyəvi-məişət məhsullarından çox istifadə etdikdə, həmçinin dəridə xroniki piodermiya, göbələk xəstəlikləri olduqda psoriaz baş verir. Xəstəliyin müalicəsi kifayət qədər çətindir. Psoriazın ağırlıq dərəcəsini müəyyən etmək üçün PASI indeksindən istifadə edilir.

Psoriaz xəstəliyi insanların həyat keyfiyyətini aşağı salır, psixoloji və fiziki diskomfort yaradır.

Xəstəliyin xalq təbabəti üsulları ilə müalicəsi

[redaktə | mənbəni redaktə et]
  • Yatıqqanqal otu və spirt 1:1 nisbətində qarışdırılır və 3 gün saxlanılır. Daha sonra üzərinə 1 damcı lanolin və 1 damcı vazelin əlavə edilib qarışdırılır. Qarışıqdan gündə 2 dəfə psoriazlı sahələrə çəkilir.
  • 6 qr palıd qabığının, 25 qr itburnu budaqlarının külü, 10 qr dəmrovotu, 1 ədəd təzə yumurta ağı və 100 qr solidol məhlulu qarışdırılır. Qarışıq 15 gün otaq temperaturunda qalır. Daha sonra isə alınmış məlhəmdən ağrılı nahiyələrə sürtülür.
  • 10 qr kalanxoy şirəsi, 30 qr evkalipt yağı və 10 qr bal qarışdırılır. 3 gün saxlandıqdan sonra zədəli nahiyələrə sürtülür.
  • 50 qr tozağacı yarpağının bişirməsi, 20 qr itburnu budaqlarının külü, 20 qr gənəgərçək yağı və 1 ədd təzə yumurtanın ağı qarışdırılır. 3 gün saxlandıqdan sonra ağrılı nahiyələrə sürtülür.
  • Dəmrovotu və at turşəngi bərabər miqdarda götürülərək toz halına salınır. Üzərinə tozağacı bişirməsi əlavə edilərək qarışdırılır. Qarışıqla gündə 2 dəfə səhər və axşam psoriazlı nahiyələr sarınır.

Psoriaz xəstəliyinin müalicəsi

[redaktə | mənbəni redaktə et]

Hal-hazirda bir neçə müalicə üsulu movcuddur — UVB fototerapiya (300–320 nm), Eksimer foto-terapiya (308 və ya 310 nm), Eksimer lazer terapiya (308 və ya 310 nm). Müalicə kursundan sonra effekt 12–18 ay ərzində qalır. Bakida həm UVB fototerapiya (Harmony XL, Alma Lasers, İsrael), həm də Eksimer terapiya (Excimer 308, Quantel Derma, Germany) mövcuddur.

PUVA fototerapiya — köhnə bir üsüldur və hal-hazirda geniş istifadə olunmur.