Pteridium tauricum

Pteridium tauricum (lat. Pteridium tauricum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin dennstaedtiaceae fəsiləsinin pteridium cinsinə aid bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-ə qədər olan çoxillik bitkidir. Kökümsovu qaramtıl-qonur rəngdədir, sürünəndir. Yarpaqları uzun saplaq üzərindədir. Yarpaq ayası qalın dərilidir, deltaşəkilli-oval, yaşıl rəngdədir, iki-üç dəfə lələkvaridir, aşağı tərəfdən yumşaq ipək kimi sarı-qırımızımtıl tüklərlə qismən sıx örtülüdür. İyul-sentyabr aylarında sporlayır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ, Lənk. oval. Ovalıqdan aşağı dağ qurşağına qədər, orta dağ qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, bağlarda alaq kimi, çay dərələrində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Mal-qara, əsasən atlar üçün zəhərli bitkidir. Cavan zoğları P.aquiliunum (L.) Kuhn növünə yaxındır və bəzi ölkələrdə qidada istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]