Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Qaraqarın bağrıqara | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qaraqarın bağrıqara |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır.
Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb.
Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır. Biologiyası zəif öyrənilmişdir. Cücülər, bitki toxumları və cücərtilərilə qidalanır
XX əsrin 70-ci illərində Naxçıvanda və Mil düzündə 3-5 fərddən ibarət kiçik qruplarına, digər ərazilərdə isə tək-tək fərdlərinə rast gəlinmişdir. Kür-Araz ovalığında 1990-cı illərdə 2, Abşeron-Qobustanda Səngəçal terminalı ətrafındakı ərazilərdə I. 2001-ci ildə 2, II. 2008-ci ildə 6, VI. 2008-ci ildə 2, X. 2008-ci ildə 2, I. 2009-cu ildə 8, Qızılağac Dövlət Təbiət Qoruğunda VI. 2004-cü ildə 4, VI. 2005-ci ildə 5 fərdi qeydə alınmışdır
Yarımsəhra, səhra və bozqırlarda meyvə-tərəvəz, texniki və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi, böyük miqdarda mal-qaranın otarılması, qanunsuz ovlanması.
Ovlanması qadağan edilmişdir. Turyançay, Körçay, Şahbuz Dövlət Təbiət Qoruqları, Şirvan, Ağgöl, Altıağac, Ordubad Milli Parkları, səhra, yarımsəhra və bozqır landşaftlı ərazilərdə yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın və Naxçıvan MR-in Qırmızı kitablarına və Bern konvensiyasına daxil edilmişdir.
Qobustanda Səngəçal terminalı ilə Çiçəkdağ arası əraziyə, Acınohur və Sarıca düzlərinə yasaqlıq statusunun verilməsi, növün qorunmasının elmi əsaslandırılmış şəkildə fəal təbliğ edilməsi vacibdir.